Saatlı seçki dairəsi ilə bağlı yayılan video saxtadır - Araşdırma

Saatlı seçki dairəsi ilə bağlı yayılan video saxtadır - AraşdırmaSosial mediada 66 saylı Saatlı seçki dairəsinin 35 saylı məntəqəsində qeydə alınmış seçki saxtakarlığı videosu yayılıb.

"Qafqazinfo" xəbər verir ki, kadrlarda bir gənc oğlanla, yaşlı qadının seçki qutusuna çox sayda bülleten atdığı əks olunub.
Saatlı seçki dairəsi ilə bağlı yayılan video saxtadır - AraşdırmaFaktyoxla Lab. yayılan videonun həqiqiliyini araşdırıb.

Bu videodakı bəzi fraqmentləri "əksinə təsvir axtarışı" metodu ilə axtarışa verdikdə bəlli olur ki, video yeni deyil və ümumiyyətlə, Azərbaycanda çəkilməyib.
Saatlı seçki dairəsi ilə bağlı yayılan video saxtadır - AraşdırmaAraşdırma nəticəsində dəqiqləşdirdik ki, kadrlar 9 iyun 2019-cu ildə Qazaxıstanın Türkistan şəhərində, bu ölkədə keçirilən növbədənkənar prezident seçkiləri zamanı qeydə alınıb.

Videonun saxta olmasını təsdiqləyən digər fakt seçki məntəqələrindəki fərqlərlə bağlıdır. Hər iki seçki məntəqəsində divarların mavi rəngli boya ilə rənglənməsi izləyicilərdə bir anlıq çaşqınlıq yaratsa da diqqətlə baxdıqda tamam fərqli məkanlar olduğu dəqiqləşir. Nəzərə alaq ki, 66 saylı Saatlı seçki dairəsi 35 saylı məntəqə veb-kamera quraşdırılan seçki məntəqələrindəndir. Həmin mətəqənin görüntüsü hazırda belədir:
Saatlı seçki dairəsi ilə bağlı yayılan video saxtadır - AraşdırmaBundan başqa seçki qutularının da fərqli olması arqumentlərimizi təsdiqləyən amillərdəndir.
Saatlı seçki dairəsi ilə bağlı yayılan video saxtadır - AraşdırmaVideoda görüntülənən şəxslərin yay geyimində olması, Azərbaycanda fevral ayında qısaqollu köynəkdə ictimai yerə gəlməyin mümkünsüzlüyü də deyilənləri təsdiqləyir.
Saatlı seçki dairəsi ilə bağlı yayılan video saxtadır - AraşdırmaXatrıladaq ki, az müddət öncə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsində seçki qutusuna topa şəklində bülletenlərin atılmasını əks etdirən video ilə bağlı birgə açıqlama yaymışdılar.
Saatlı seçki dairəsi ilə bağlı yayılan video saxtadır - AraşdırmaNəticə: Sosial mediada 66 saylı Saatlı seçki dairəsi 35 saylı məntəqədə qeydə alınmış "seçki saxtakarlığı"nı əks etdirən video saxtadır.

Kadrlar 9 iyun 2019-cu ildə Qazaxıstanın Türkistan şəhərində qeydə alınıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 866   Tarix: 07 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr