Prezidentliyə namizəd Fuad Əliyevin Seçki qərargahının BƏYANATI

Prezidentliyə namizəd Fuad Əliyevin Seçki qərargahının BƏYANATISuveren Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunvericilik aktlarının, həmçinin ölkədə mövcud olan plüralizm, söz və fikir azadlığının yaratmış olduğu imkanlardan istifadə edək Fuad Ağası oğlu Əliyev ölkədə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmüşdür.

Digər 16 namizəd kimi lazımi sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim ediləndən dərhal sonra Fuad Əliyevin namizədliyi təsdiq edilmiş və imzalar toplanması üçün müvafiq imza vərəqələri namizədin səlahiyyətli nümayəndələrinə təqdim edilmişdir. Qısa zamanda təşkilatlanan komandamız öncə Seçki qərargahı təşkil etmiş və ölkə üzrə imzalar toplamağa başlamışdır. Heç bir təzyiq və maneə ilə qarşılaşmadan, tam sərbəst şəkildə imzalar toplanmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Oxu.Az xəbər verir ki, bu barədə Prezidentliyə namizəd Fuad Əliyevin Seçki qərargahının bəyanatında qeyd olunub.

Prezidentliyə namizəd Fuad Əliyevin Seçki qərargahı namizədlik üçün imza verən şəxslər arasından və namizədin digər tərəfdarlarından öz müşahidəçilərini seçmiş və 6 min nəfərdən çox şəxs müşahidəçi kimi DSK-da qeydiyyatdan keçirilmişdir. Aktiv təbliğat zamanı Bakının Xəzər, Nəsimi və Nizami rayonlarında, həmçinin Abşeron, Ağsu, Astara, Beyləqan, Balakən rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində, digər yaşayış massivlərində, kənd və qəsəbələrdə minlərlə seçici ilə Fuad Əliyevin birbaşa canlı görüşləri keçirilmişdir. Bu görüşlərdə Fuad Əliyev təkcə öz platformasını seçicilərə çatdırmamış, onları maraqlandıran sualları cavablandırmış və problemlərini dinləyərək ictimailəşdirmişdir. Televiziya, radio və qəzetlərdə namizədlər üçün müəyyən edilmiş pulsuz təşviqatdan lazımınca istifadə edilmiş və görüşdüyümüz əhalinin fərdi və kollektiv problemləri aidiyyəti dövlət orqanlarının diqqətinə çatdırılmışdır.
Seçki günü bütün ölkə ərazisində 6 mindən çox seçki məntəqəsində və 125 dairənin hər birində Prezidentliyə namizəd Fuad Əliyevin müşahidəçiləri seçkiləri izləmiş və gün ərzində bir neçə dəfə vəziyyətlə bağlı qərargahı məlumatlandırmışdır. İstər seçki öncəsi prosesdə, istərsə də səsvermə günü müşahidəçilər tərəfindən seçkinin nəticələrinə təsir edə biləcək neqativ hala rast gəlinməmişdir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda Prezident seçkiləri dinc və sakit ab-havada keçmiş, seçkilərdə bütün namizədlər və müşahidəçilər üçün bərabər şərait yaradılmış, bütün seçki prosesi MSK tərəfindən qanunlara uyğun təşkil olunmuşdur.

Seçkilərin ilkin nəticəsi onu deməyə əsas verir ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə böyük etimad göstərmişdir. Bu qələbə münasibətilə İlham Əliyevi ürəkdən təbrik edir və Prezidentə Azərbaycanın qüvvətlənməsi, insanlarımızın rifahının daha da yaxşılaşdırılması üçün atacağı bütün addımlarda uğurlar arzulayırıq. Prezidentliyə namizəd Fuad Əliyev üçün səsverməyə gəlmiş və öz səsini Fuad Əliyevə vermiş bütün seçicilərimizə öz dərin minnətdarlığımızı bildiririk.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1435   Tarix: 08 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr