Zahid Oruc: "Prezident İlham Əliyevə çətin və şərəfli fəaliyyətində uğurlar arzulayırıq"
Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı bəyanat yayıb.
Sonxeber.az xəbər verir ki, bəyanatda deyilir:
"44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra ölkədə hökm sürən qalibiyyət ruhunun yeni ünvanı Azərbaycanda keçirilən Prezident seçkiləri oldu. 2024-cü ildə 78 ölkədə 83 seçkinin keçirilməsi və son 3 ayda 24 ölkədə növbədənkənar seçkinin elan olunması, ən əsası Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu Prezident seçkilərinin keçirilməsinin düzgün ali qərar olduğunu aşkar şəkildə ortaya qoymuşdur.
Ölkədə bütün siyasi partiyalara, müstəqil təşkilat və birliklərə, həmçinin fərdi təşəbbüskarlara böyük imkanlar yaradılaraq onların seçkidə iştirak imkanları təmin edilmişdir. Bu fürsətdən istifadə edərək Zahid Oruc da Prezident seçkilərində müstəqil namizəd kimi iştirak etməyə qərar vermişdir.
Qısa zaman müddətində qurulan Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı ölkədəki demokratik seçki mühitindən yararlanaraq imzatoplama kampaniyasına başlamışdır. Heç bir maneə ilə qarşılaşmadan ölkənin əksər seçki dairələrinin ərazisindən imzalar toplanılaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş və etibarlı imzalar nəticəsində Zahid Orucun namizədliyi qeydə alınmışdır.
15 yanvar tarixində başlanmış aktiv seçki təbliğatı işləri Seçki qərargahının planı əsasında bütün ölkə ərazisini əhatə etmişdir. Paytaxt və regionlarla minlərlə seçicinin iştirakı ilə keçirilən görüşlərdə Prezidentliyə namizəd Zahid Orucun platforması təqdim edilmiş və elə yerindəcə əhalini narahat edən məsələlər dinlənilmişdir. Təbliğat-təşviqat prosesində Azərbaycanda keçirilən prezident seçkilərinin azadlıqların tam təmin edilməsi şəraitində, əsas hüquq və azadlıqların qanunla qorunması çərçivəsində keçirildiyi müşahidə edilmişdir. Demokratik prinsiplərin qorunduğu, qanunun aliliyinə əməl olunduğu, namizədlərə heç bir təzyiqin edilmədiyi şəraitdə keçirilən ədalətli və azad seçkilər namizədlər üçün əsl rəqabət meydanına çevrilmişdir.
Mərkəzi Seçki Komissiyası tərəfindən televiziya, radio və mətbuatda namizədlərin öz sərbəst təbliğatını aparması üçün olduqca münbit şərait və imkanlar yaradılmışdır. Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı aktiv təbliğat zamanı və səsəvermə günü hansısa maneə və təzyiqlə qarşılaşmamış, bütün ölkə ərazisindəki məntəqələrdə, dairələrdə seçkiləri izləyən müşahidəçilərimizin Seçki ilə bağlı müşahidə təəssüratları müsbət olmuşdur.
Öz xalqını qalibiyyətə çatdıran, ölkəsini Qalib Ölkəyə çevirən namizəd İlham Əliyevlə mübarizə aparmaq olduqca çətin olsa da, bu seçkilər bizim komandamıza müsbət təcrübə qazandırmış və xalqla daha yaxın ünsiyyətimizə imkan yaratmışdır. Müşahidəçilərimizin rəyinə əsasən seçkilərin ilkin nəticələrini Azərbaycan xalqının iradəsinin göstəricisi hesab edir və bu seçkilərdə qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi ürəkdən təbrik edirik. Prezident İlham Əliyevə qlobal miqyasda baş verən gərginliklər fonunda dünya ilə ayaqlaşa bilən yeni Azərbaycan yaratmaq uğrunda çətin və şərəfli fəaliyyətində uğurlar arzulayırıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar