Milli Cəbhə Partiyası: "İlham Əliyevi təbrik edir, vətənimizə xeyirli olsun deyirik"

Milli Cəbhə Partiyası: "İlham Əliyevi təbrik edir, vətənimizə xeyirli olsun deyirik"Milli Cəbhə Partiyası seçkilərin ilkin nəticələrinə və "exit poll"arın nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi təbrik edib.

"Report" xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının bəyanatında bildirilib.

Bəyanatda deyilir:

"Vətən müharibəsində qalib gələrək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qəhrəman xalqımızın bütün ölkə ərazisində ilk dəfə iştirak edəcəyi seçkilərə qatılmaq Milli Cəbhə Partiyası üzvləri və partiya funksionerlərinin yekdil qərarı ilə mümkün olub. Fevralın 7-də keçirilən seçkilərə hazırlıq müddətinin qısa olmasına baxmayaraq, Milli Cəbhə Partiyası bu seçkiləri partiyanın növbəti sınağı kimi dəyərləndirib. Partiyanın sədri Razi Nurullayevin namizədliyini irəli sürmək və qeydiyyata alınması üçün tələb edilən vətəndaş imzalarını toplamaq heç də asan olmayıb.

Müharibədən yeni çıxmış, haqq savaşında qalib gəlmiş, öz rəhbərinə güvənən Azərbaycan xalqından namizədlik üçün imza almaq çox çətinliklə mümkün olmuş, bunun üçün partiya fəalları tərəfindən bütün ölkə ərazisində proses başladılmışdır. Vətəndaşlarımızın imzalarını toplamaq partiyamızın gücünü göstərən amil hesab edilə bilər".

"Seçki prosesində ölkədə mövcud olan demokratik mühit və fikir azadlığının dövlət təminatı Milli Cəbhə Partiyasının seçkiöncəsi prosesdə uğurlarının əsasını təşkil etmişdir. Aparılan təbliğat və təşviqat işləri ölkənin ayrı-ayrı regionlarını, kəndləri, qəsəbələri, şəhərləri və paytaxt Bakını əhatə etmişdir. Bu görüşlərdə minlərlə vətəndaşımız iştirak etmiş və öz problemlərini partiyamızın prezidentliyə namizədi Razi Nurullayevlə bölüşmüşdür.

Prezidentliyə namizəd Razi Nurullayev də öz növbəsində vətəndaşların sosial problemlərini həlli yollarını öz platformasına daxil edərək televiziya, radio və müxtəlif mətbuat orqanları vasitəsilə Azərbaycan xalqına çatdırmışdır.

Bunun nəticəsində seçicilər seçki günü prezidentliyə namizəd Razi Nurullayevin qələbəsi üçün seçki məntəqələrinə gəlmiş və öz namizədlərinə səs vermişlər. Bu prosesi Milli Cəbhə Partiyasının 6 mindən çox müşahidəçisi ölkədə mövcud olan bütün seçki məntəqələrində yaxından izləmiş və öz qeydlərini seçki günü bir neçə dəfə Milli Cəbhə Partiyasının Seçki qərargahı ilə bölüşmüşdür. Müşahidəçilərin qeydlərindən və rəylərindən seçkilərin ölkənin bütün ərazisində sakit və sülh şəraitində keçdiyi, prosesin gözlənilənlərə adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğu qənaətinə gəlinmişdir.

Milli Cəbhə Partiyası bəyan edir ki, seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanları təmin edilmiş, müşahidəçilər tərəfindən heç bir qanun pozuntusu qeydə alınmamışdır. Seçkilərin ilkin nəticələrinə və ekzitpolların nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi Milli Cəbhə Partiyasının üzvləri, seçki qərargahının üzvləri və partiyanın sədri Razi Nurullayevin adından təbrik edir, vətənə və millətimizə xeyirli olsun deyirik", - bəyanatda vurğulanır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 717   Tarix: 08 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr