İlin sonuna qədər sülh müqaviləsi imzalanmaya bilər? Ekspertlər nə DÜŞÜNÜR?

İlin sonuna qədər sülh müqaviləsi imzalanmaya bilər? Ekspertlər nə DÜŞÜNÜR?"İTV" telekanalında aparıcı Murad Hüseynovun təqdimatı ilə "Diqqət Mərkəzi" verilişinin yayımı olub. Belə ki, fikir mübadiləsi zamanı Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi, sülh müqaviləsi və qərbin təxribat xarakterli, əsassız bəyanatları müzakirə olunub.

Müzakirə edilən mövzulardan biri də, seçkiləri prosesi və qərbin təxribat xarakterli bəyanatlarından sonra "ilin sonuna qədər sülh müqaviləsi imzalanmaya bilərmi" sualı oldu.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Rasim Musabəyov efirdə müzakirə zamanı öz fikirlərini bildirib:

"Deyək ki, sülh müqaviləsi olmasın. Buna görə kefimizi pozmağa dəyməz. Biz müşahidə edirik ki, ermənipərəst qüvvələr tərəfindən təxribat xarakterli bəyanatlar iki məqsəd üçün səsləndirirlər. Belə fikirlər səsləndiirlər ki, Azərbaycan Ermənistana hücum edəcək. Müharibə olması ehtimalını danışanda bunu dilə gətirirlər. Burada məqsəd aydındır ki, Azərbaycana təzyiq etmək, Ermənistana yardım etməkdir. Onlar kömək etsələr də vəziyyəti dəyişmək iqtidarında deyillər. Fransaya sabah ABŞ-də qoşulsa, nisbəti dəyişmək iqtidarında deyil. Onlar aktiv olaraq bu məsələyə müdaxilə etdiyi halda, real olaraq Ermənistanın təhlükəsizliyi təminatçısı olan Rusiya və İranı özlərinə qarşı qoyurlar. tam sakit halda bu məsələləri müşahidə etməliyik".

Millət vəkili Erkin Qədirli sülh danışıqlarının getməməsini ABŞ və Rusiyada seçkilər prosesi ilə əlaqələndirmir:

"Bunun özlüyündə danışıqların sürətinə təsir edəcəyi bir amil görmürəm. Əgər Ermənistan və Azərbaycan vasitəçilərsiz görüşməyə davam etsələr belədir. Çünki nümunələri var. Delimitasiya məsləsində xüsusi vəzifələndirilmiş rəsmilər görüşürlər. Eyni zamanda əsrlərin mübadiləsi zamanı gördük ki, vasitəçi olmadan uğurlu nümunələr yaratmaq olar. Gürcüstan dəfələrlə təklif edib ki, öz ərazisində danışıqlar aparılsın. Ermənistan tərəfindən niyyət aydın olarsa, Azərbaycan vasitəçilər olmadan danışıqlara davam edə bilər. Artıq həqiqətən bunu inkişaf elətdirmək lazımdır. Çünki vasitəçilərin öz maraqları var. O ki, qaldı sülh müqaviləsi imzalanacaqmı. Bu arzulanan bir şeydir. Olmasa belə, bu Azərbaycan üçün ciddi bir problem deyil. Sənədin adı nə olacaqsa sülhün təminatı olmalıdır. Azərbaycan çoxdan sülhə hazır olduğunu əməldə sübut edib".

Siyasi şərhçi Zaur İbrahimli bildirib ki, Paşinyan tərzi siyasətə artıq öyrəşmişik:

"Paşinyan bu gün danışır sabah başqa söz deyir. Bu artıq həmi tərzin bir xüsusiyyətidir. Paktı ortalığa atmaqla Paşinyan onu məqsəd olaraq görür ki, sanki "kupça"dan əvvəl çıxarışı almaq istəyir. Təbii ki, bu imkanı ona yaratmaq olmaz. Butamamilə Emrənistanı öhdəliyindən yayındırmağa imkan verər. Bir məsələni nəzərə çatdırmaq istəyirəm ki, region üçün sülh müqaviləsi lazımdır. Şübhəsiz ki, onsuz keçinə bilərik. Amma dinc yaşayış potensialını gücləndirmək üçün ola bilər. Diqqətimizi daha çox hərbi təhdidlərdən, təhlükəsizlik və müdafiə məsələləri, inkişaf-quruculuq tədbirləri üçün sülh müqaviləsinin imzalanması vacibdir. Sülh sazişi regiona rahatlq gətirəcək. Yeni reallıqların təsbiti olacaq. Regiona xarici müdaxilələrin qarşısı alınacaq. Bu baxımdan dayanıqlı sülh lazımdır. Buarada region ölkələrin rolları bəlli olacaq. Eyni zamanda maraqlı uzlaşdırmaq mümkün olacaq. Hətta müzakirə-dialoq masası yaradıla bilər. Azərbaycanın bunun 3+3 formatını deyib. Amma maraqlısı odur ki, Ermənistan bu yolda nə qədər fədakarlıq göstərəcək. Paşinyanın üzərinə tarixi bir missiya düşür. O, adi cəsarətli siyasətçidən daha çox cəsarətli olmalıdır. Çünki bunun siyasi əsası var. Konstitusiyaya dəyişikliyə yox desə, biz çox qeyri-adi cəmiyyətlə üz-üzə qalacağıq. Birincisi Paşinyan mandat götürüb. İkincisi isə, Ermənistan müxalifəti davamlı laraq iki il aksiya təklif etdi. Oraya erməni cəmiyyəti getmədi. Bu o deməkdir ki, Paşinyanın mandatı var. Bu mandatı reallığa çevirməyi uduzur. Paşinyan tarixi məsuliyyət götürüb və bu məsuliyyəti yarıtmasa, özünü və erməni xalqını yenidən bədbəxt edəcək. Region bundan xilas olmalıdır.

Hüquqşünas Orxan Amaşovun sözlərinə görə,Azərbaycan bu istiqamətdə daim inkişaf edir və yerində dayanmır:

" Ümumiyyətlə, "Qarşılıqlı hücum etməməklə bağlı" paktlar tarixən həmişə özünü doğrultmur. Tutaq ki, biz belə bir pakt imzalamışıq. Nəzəri baxımından deyirik və özümüzə qarşı təhlükə görürük. Bu pakt bizi həmin təhlükəni məhdudlaşdırmaqdan uzaqlaşdıracaq? Təbii ki, yox! Bu pakt bəs nəyə yarayacaq? pakt prosesin uzadılmasına xidmət edəcək. Nəzərinizə çatdırım ki, Nikol paşinyan çox güclü "piar" adamıdır. Bu onun əsas xarakterik elementlərindən biridir. Qərb mediasında yazırdılar ki, Paşinyan çox müsbət xarakterli addımlar atır. İndi də, yanvar ayında verdiyi açıqlamalara diqqət yetirək. Müsbət qarşılanır, amma substansiya yoxdur. Biz bu prosesdə onu müşahidə edirik ki, Ermənistan cəmiyyətində Paşinyan müəyyən məsələləri izah edəndə həmişə Azərbaycanın ona tətbiq etdiyi təzyiqindən sonra, müraciət edir. Vəziyyətin dəyişdiyini, başqa çıxış yolunun olmadığını deyir. Bir tərəfdən xalqı hazırlayır, bunu edərkən prosesi uzadır. Prosesin uzadılması nəticəsində görürük ki, müaəyyən qədər silahlanmanı həyata keçirir. Paşinyan Azərbaycanın ona qarşı tətbiq etdiyi legitim, konstruktiv təzyiq altında müsbət addım ata biləcək bir insandır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2023   Tarix: 08 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr