Bakıda körpəyə səhv qan qrupu təyin edilib? - Foto
Azərbaycanda yenidoğulmuş uşağa səhv qan qrupu təyin edilib.
Bu barədə "Qafqazinfo"ya körpənin valideynləri məlumat veriblər. Ata Rəhman Abbaszadə deyir ki, yanlışlıq Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qeydə alınıb.
Belə ki, 2022-ci ilin iyul ayının 31-də dünyaya gələn körpəyə müsbət I qan qrupu təyin olunsa da, sonradan bunun doğru olmadığı ortaya çıxıb. Valideynlər iddia edir ki, övladlarının müsbət III qan qrupuna aid olduğu sonradan müəyyənləşib. Qan qrupunun yanlış təyin olunduğu isə "ASAN xidmət"ə vəsiqə almaq üçün getdiklərində məlum olub.
Atanın sözlərinə görə, xəstəxanaya irad bildirsələr də, biganə yanaşılıb: ""ASAN Xidmətdə" 2 dəfə analiz verildi və məlum oldu ki, səhvlik xəstəxanaya aiddir. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu isə bizə laboratoriyada analizlərin qarışıq düşdüyünü çox rahat şəkildə bildirdi. Həkim Cahan İslamovaya normal doğuş üçün 400 AZN ödəniş etmişik, lakin indi boynuna almır və problem həll edilmir".
Məsələ ilə bağlı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna sorğu göndərdik. 6 nömrəli doğum evi uşağa O (I) RH + qan qrupunun təyin olunduğunu təsdiqləsə də, iddianı tam əsaslı saymayıb: "Qeyd olunan tarixdən 1 il 7 ay müddət keçdiyinə görə, uşağın qan nümunəsi laboratoriyada mövcud deyil. İddianın əsaslı və əsassız olduğu haqqında hər hansı fikir səsləndirmək qeyri-mümkündür".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 874 Tarix: 08 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabr