Çəkiliş meydançasında hansı aktyoru öldürmək istədi?
Bu gün "Görüş", "7 oğul istərəm", "Arşın mal alan", "Mən ki gözəl deyildim", "Bağ mövsümü", "Dədə Qorqud", "Uzaq sahillərdə", "Onun böyük urəyi", " Babamın babasının babası" və sair filmlərin rejissoru Tofiq Tagızadənin anadan olmasının 105 illiyidir. 40 ildən artıq müddətdə Azərbaycan kinosunun inkişafına mühüm töhfələr vermiş rejissor filmləri ilə həm kino tariximizdə, həm də tamaşaçı qəlbində iz qoyan sənətkarlardandır. O, təbiətən, iliyinəcən rejissor idi. Əsl rejissor qəribə olmalıdır. Onda da qəribəliklər var idi.
Haqqında kiçik bir qeyd:
Tofiq Mehdiqulu oğlu Tağızadə 1919-cu il fevralın 7-də Bakıda anadan olub. 1938-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olub. Üçüncü kursda könüllü olaraq müharibəyə gedib. 1942-ci ilin sonlarında Rostov yaxınlarında yaralanaraq geri dönüb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil aldıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. "TMT" adlı özəl studiyası fəaliyyət göstərib. Çeçenistanın Əməkdar incəsənət xadimi (1964), Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Tofiq Tağızadə 1998-ci ildə vəfat edib.
Lent.az "Ömrün bir anı" rubrikasında böyük rejissorun ömür yolundan maraqlı xatirəni paylaşır.
"7 oğul istərəm" filminin çəkilişləri zamanı kadrlardan biri heç cür yaxşı alınmır. Filmdə kəndçi roluna çəkilən Eldəniz Zeynalov damın üstünə çıxıb bayraq asarkən güllə ilə vurulmalı və ölüb yerə yıxılmalı idi. Lakin 20-25 dəfə təkrara baxmayaraq, səhnə alınmır. Eldəniz hər dəfə ya gülür, ya da zarafat edir. Bu hal rejissor Tofiq Tağızadəni nəhayət ki, özündən çıxarır. O, rejissor kamerasının arxasından durub Eldənizə yaxınlaşır. Yerə yıxılmış aktyorun boğazından yapışır və özünə xas ləhcəylə "Adə, öləcəksən sən ya yox. Öl qurtar da. Bu dublda da ölməsən özüm öldürəcəm" səni deyir.
Filmdə epizodik rollardan birinə çəkilən aktyor Fazil Salayev ona 7, atlara isə 27 manat qonorar yazıldığını eşidəndə özündən çıxır. Tofiq Tağızadəyə yaxınlaşır. Həmin an rejissor bərk əsəbiymiş. Bunu bilməyən Salayev deyir: "Tofiq müəllim, xahiş edirəm, məni filmdə at ştatına yazın.Onlar məndən çox pul alır".
Tofiq Tağızadə onun zarafatına yarı əsəbi halda cavab verir.
"Olar. Fazil, səni güllələnən atlardan biri kimi qeyd edirəm, ilk dublda səni də öldürəcəm".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1440 Tarix: 08 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabr