Tanışının 235 minini ələ keçirən sabiq baş həkim yenidən məhkəmə qarşısında
Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin sabiq baş həkimi Könül Abbasovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 13-nə təyin edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 8 il 6 aya endirilib.
İttihama görə, Könül Abbasova tanışı Rəfiqə Seyidovanln övladını, kürəkənini tandıqları şəxslər vasitəsi ilə müxtəlif dövlət qurimlarında yüksək vəsifəyə təyin etdirəcəyi vədini verib. O, bu adla zərərçəkmişdən ümumilikdə 235 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Könül verdiyi vədə əməl etməyib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddələri üzrə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Könül Abbasova daha əvvəl məhkumluq həyatı yaşayıb.
Belə ki, o, Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə vəzifə səlahiyyətindən sui-istifadə edib ayrı-ayrı vaxtlarda ümumilikdə 10 şəxsdən müxtəlif məbləğlərdə olmaqla cəmi 16 min manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq həmin şəxsləri Mərkəzdə müxtəlif vəzifələrə işə götürüb.
Həmçinin Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Şirvan şəhər Əlillərin Bərpa Mərkəzində müxtəlif vəzifələrdə işləmiş 26 nəfər işçidən hədə-qorxu tətbiq etməklə məcburi qaydada onlara müvafiq bayramlarla əlaqədar mükafat qismində təyin edilib ödənilən cəmi 4 min 593 manat məbləğində bayram pullarını xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə rüşvət qismində qanunsuz olaraq tələb edib alıb.
Bununla yanaşı, Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Mərkəz əməkdaşlarından 1 nəfər işçinin 4 aylıq, cəmi 602 manat pulunu da onun bülletenə çıxmasına şərait yaradılmasına görə qanunsuz olaraq rüşvət qismində tələb edib alıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 880 Tarix: 12 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrMənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrOmbudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30 sentyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabr