Yaşadığı yer üzrə qeydiyyata düşmək istəyən şəxslər nə etməlidirlər? - ARAŞDIRMA

Yaşadığı yer üzrə qeydiyyata düşmək istəyən şəxslər nə etməlidirlər? - ARAŞDIRMAArtıq qeydiyyatı olmayan vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Hətta evinin çıxarışı olmayanlar belə, əllərində olan müvafiq sənədləri təqdim etməklə qeydiyyata alınırlar.

Bakıda insanların qeydiyyatı ilə bağlı problemlər illərdir ki, bitmir. Ötən ildən daimi qeydiyyatı olmayanlar qanuna uyğun olaraq cərimələnsə də, bu problemin həlli yolu deyil. Çünki paytaxtda sənədsiz evlərin çox olması, "kupça"sız yeni tikililər, müqaviləsiz verilən kirayə evlər vəziyyəti qəlizləşdirir. Məlumdur ki, bir neçə il öncəsinə qədər, Bakıda yaşayan vətəndaşlar yaşadığı əraziyə məsul olan polis orqanlarında qeydiyyata düşə bilirdilər. Ötən ilin yanvar ayından etibarən, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vaxtilə polis orqanlarında qeydiyyata düşmüş vətəndaşların əksəriyyəti qeydiyyatdan çıxarılıb.

Bəs hazırkı vəziyyət necədir? Vətəndaşın qeydiyyat məsələsi necə həll olunmalıdır? Bakıda işləyib sənədsiz evlərdə, yaxud kirayə mənzillərdə məskunlaşan əhali nə etməlidir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Hüquqşünas Sabir Qəniyev açıqlamasında bildirib ki, qanuna əsasən, müəyyən ərazidə qeydiyyatsız yaşamaq hüquqi baxımdan doğru deyil. Vətəndaş yaşadığı yer üzrə qeydiyyata düşmürsə və yaxud qeydiyyata alınma qaydalarını pozursa, o zaman o, İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə cərimə olunur:

"Qanuna əsasən, daimi yaşayış ünvanından kənarda yaşayan şəxsə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə olunur. Əgər vətəndaş heç bir yerdə qeydiyyatda deyilsə, onun şəxsiyyət vəsiqəsi qüvvədə olmamış hesab olunur. Həmin şəxs etibarnamə verə, alqı-satqı edə, notarial əməliyyatlar apara, şəxsiyyət vəsiqəsi aktiv olmadığı üçün nikaha daxil ola, hətta nikaha xitam da verə bilmir".

Hüquqşünasın da açıqlaması təsdiqləyir ki, qanun qeydiyyatı olmayan vətəndaşın hüquqlarını məhdudlaşdırır. Bəs kirayədə yaşayan minlərlə vətəndaşı əgər ev sahibi qeydiyyata almırsa, onlar nə etməlidirlər?

O qeyd edib ki, əgər ev sahibi vətəndaşı qeydiyyata alarsa, həmin vətəndaşın mənzildən yalnız istifadə hüququ yaranır:

"Bu barədə tövsiyəm ondan ibarətdir ki, notarial qaydada kirayə müqaviləsi bağlanarkən, notariuslar kirayəyə verənlərdən kirayəçilərini qeydiyyata almalarını tələb etsinlər. Yəni notariuslar yalnız bundan sonra kirayə müqavilələrini rəsmiləşdirsinlər. Azərbaycan Notariat Palatası məsələnin həlli üçün mexanizm müəyyənləşdirməlidir".

Məlumdur ki, ev sahiblərinin kirayə verdikləri evdə vətəndaşı qeydiyyata almaqla bağlı narahatlıqları kirayəçinin mülk üzərində hüququnun olması ilə bağlıdır. Məhz o səbəbdən bir çox kirayə verən kirayəçilərini qeydiyyata almaqdan çəkinirlər.

Hüquqşünas bildirib ki, ev sahibi qeydiyyatda olan şəxsi yalnız məhkəmə ilə çıxara bilər:

"Məhkəməsiz inzibati qaydada şəxs qeydiyyatdan çıxarıla bilməz. Şəxs özü başqa ünvana qeydiyyata düşməlidir ki, həmin ünvandan qeydiyyatdan çıxmış sayılsın. Kirayə mənzillərdə yaşayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi sadələşdirilməlidir. Qanunvericilikdə elə bir mexanizm müəyyən edilməlidir ki, kirayə müqaviləsinin xitamı nə kirayə verəni, nə də kirayəçini narahat etsin".

Yuxarıda da qeyd edildiyi kimi, hələ də minlərlə sakin çıxarışsız mənzillərdə yaşayır və bu mənzillərdə vətəndaşların qeydiyyata alınması prosesi tam olaraq həll olunmayıb.

Hüquqşünas vurğulayıb ki, sənədsiz evlərin mövcudluğu həm fərdi şəxslər, həm də bələdiyyələr üçün problemlər yaradır:

"Çıxarışların olmaması mənzil sahibləri və onların ailə üzvlərini həmin ünvanlarda qeydiyyata alınmaq imkanından məhrum edir. Bu hal faktiki qeydiyyat ünvanından kənar, lakin şəxsi mülkiyyətdə olan çıxarışsız mənzillərdə yaşayan şəxslərin İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə cərimə edilməsi riskini də labüd edir. Tövsiyə kimi qeyd edə bilərəm ki, tikintisi başa çatmayan, lakin yaşayış olan binalarda Mülki Məcəllənin 147-ci maddəsinin müddəaları ilə təminat qeydi alınarkən mülkiyyətçilərin və onların ailə üzvlərinin müvəqqəti qeydiyyata alınması imkanın yaradılması təmin oluna bilər. Bu, vətəndaşların qeydiyyat problemini keçici olsa da aradan qaldıra bilər".

Əmlak eksperti Elnur Fərzəliyev isə mövzu ilə bağlı bildirib ki, artıq insanlar "ASAN xidmət" mərkəzlərində, rahatlıqla qeydiyyat problemlərini həll edə bilərlər:

"Ölkəmizin böyük şəhərlərində, xüsusilə də paytaxt Bakı və Abşeron rayonu ərazilərində yüz minlərlə çıxarışı olmayan fərdi həyət evləri var. Hazırda bu məsələ həllini tapmaq üzrədir. Artıq qeydiyyatı olmayan vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Hətta evinin çıxarışı olmayanlar belə, əlində olan müvafiq sənədləri təqdim edir, araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra həmin vətəndaş müvafiq qaydada qeydiyyata alınır. Əgər vətəndaşın heç bir əmlakı yoxdursa, yenə "ASAN xidmət" mərkəzinə müraciət edir, araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra vətəndaş ərazi üzrə polis şöbəsinə qeydiyyata alınır".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də bildirilib ki, vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır. Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1591   Tarix: 12 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr