Azərbaycanda məktəbəqədər təhsil sistemi ləğv edilə bilər? - AÇIQLAMA

Azərbaycanda məktəbəqədər təhsil sistemi ləğv edilə bilər? - AÇIQLAMAMəktəbəqədər təhsil dövründə uşaqlar ibtidai təhsilə hazırlaşarkən ictimailəşməyi və birgə işləməyi öyrənirlər. Bu təhsilin məqsədi, uşaqlarda öyrənməyə maraq oyatmaq və uşağın mövcud qabiliyyətlərini artırmaqdır. Lakin, Azərbaycanda məktəbəqədər təhsil sistemi bəzi valideynlər tərəfindən narazılıqla qarşılanır. Bu baxımdan Azərbaycanda məktəbəqədər təhsil ləğv edilə bilər?

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Sonxeber.az-a deyib ki, Azərbaycan Respublikasında təhsilin 5 pilləsi var. "Təhsil haqqında" qanunun 14-cü maddəsinə görə, təhsil müəssisələrinin 8 tipi var. Onlardan biri də məktəbəqədər təhsil pilləsidir:

"Hansı ki, bunlar körpələr evi və uşaq bağçası ilə birlikdə, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər təhsil müəssisələri və sanatoriya tipli məktəbəqədər təhsil müəssisələri növlərinə bölünür. Məktəbəqədər təhsil uşağın ona ilkin zəruri anlayışların aşılanması, fərdi əmək vərdişlərinin öyrədilməsi, fiziki-estetik təbiyəsinin həyat keçirilməsini təmin edir. Eyni zamanda şagirdin sosial hazırlığını və əsasən, ümumtəhsil məktəbinə hazırlanmasını təmin edir. Məktəbəqədər təhsil dünyanın bütün təhsil sistemlərində var. Artıq təhsili inkişaf etmiş ölkələrdə, ilk olaraq məktəbəqədər təhsil sisteminə diqqət göstərilir. Ölkədə məktəbəqədər təhsilə cəlb olunması təqribən 600 mindən yuxarı uşaq var. Ölkədə təqribən 2 minə yaxın məktəbəqədər təhsil müəssisəsi var".

Ekspert bildirib ki, məktəbəqədər təhsil müəssisələri ilə bağlı, çox ciddi problemlər var:

"Bu problemlərin kökü də onunla bağlıdır ki, 2021-ci ilə qədər məktəbəqədər təhsil müəssislərini yerli icra hakimiyyəti orqanlarının ixtiyarına verdik. Çox təəssüflər olsun ki, həmin məktəbəqədər təhsil müəssisələrinin infrastukturu inkişaf etmədi. 10 il ərzində ölkədə təqribən 20-ə yaxın məktəbəqədər təhsil müəssisəsi tikildi. Əgər biz bunu ümumtəhsil ilə müqayisə etsək, ümümtəhsildə artıq 2005-ci ildən başlayaraq, Heydər Əliyev Fondunun rəhbərliyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi həyata keçirildi. Bununla, 3800-dən artıq məktəb ya yenidən tikildi, ya da əsaslı təmir olundu. Ölkənin investisiyasının Qarabağın dirçəldilməsi istiqamətində yönəldilməsi əsas prioritet məsələlərdən biridir. Bütün bunlara baxmayaraq, ölkənin ayr-ayrı bölgələrində yeni məktəb tikintisi davam edir. Amma bunu çox heyif ki, biz məktəbəqədər təhsil müəssisələri ilə bağlı danışa bilmirik. Məktəbəqədər təhsil müəssisəsinin ləğv olunması mümkünsüzdür və absurddur".

Elşən Qafarovun sözlərinə görə, yaxın zamanlarda məktəbəqədər təhsil müəssisəsinin şəbəkəsinin genişləndirilməsi ilə bağlı dövlət proqramının qəbul edilməsi gözlənilir:

"Dünyanın aparıcı təhsil sistemlərində, o cümlədən bizim təhsil sistemimizdə məktəbəqədər təhsilə xüsusi diqqət yetirilir. 2023-cü ilin yanvarında müəssisələrin Elm və Təhsil Nazirliyinin himayəsinə verildikdən sonra, keyfiyyət, təminat və məzmun baxımından müsbətə doğru çox ciddi dəyişikliklər var. Bu tendensiya davam edir. Hal-hazırda qarşıda duran əsas problem məktəbəqədər təhsil müəssisələrinin şəbəkələşməsinin genişləndirilməsi ilə bağlıdır. Bu da ancaq dövlət proqramı qəbul olunarsa, əhatəliyin genişləndirilməsi problemi həll oluna bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4505   Tarix: 12 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr