Səlim Müslümov razıdır - Mülkləri alınır, ölkədən çıxa bilməz
Vəzifə cinayətlərində təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsindəki hökmlə razılaşıb.
"Qafqazinfo"nun məlumatına görə, nə eks-nazirin özü, nə vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. 11 il şərti cəza verilən Müslümov bunu özü üçün humanist hökm kimi qəbul edir, həmçinin əmlaklarının müsadirə edilməsinə etiraz etmir. Dövlət ittihamçısının tələbinə uyğun cəza təyin edildiyinə görə hökmdən protest də verilməyib.
Apellyasiya şikayəti vermək üçün müddət başa çatdığı üçün birinci instansiya məhkəməsinin hökmü qanunu qüvvəyə minmiş hesab edilir.
11 il Fond rəhbəri, 5 il nazir işləmiş Müslümov şərti məhkumluğu müddətində ölkədən çıxa bilməz. Bundan başqa, onun müsadirəsinə qərar verilmiş 8 milyonluq əmlakları dövlət nəfinə alınacaq. Bu məsələ aidiyyəti İcra Şöbəsinə həvalə edilib.
Dövlət nəfinə alınacaq əmlakların siyahısını təqdim edirik:
- Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;
- Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;
- Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;
- Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;
- Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;
- Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;
- Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri-yaşayış sahəsi.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. İstintaq müddətində dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonu ödənilib.
S. Müslümova 1 ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il sınaq müddəti seçilməklə 11 il şərti cəza verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1038 Tarix: 12 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnternetin sürətini artırmaq üçün BUNU EDİN
İddialara görə, routerin arxasına yerləşdirilən folqa Wi-Fi siqnalını yaxşılaşdıra bilər. Bir çoxları buna şübhə ilə yanaşsa da, bəzi araşdırmalar göstərir ki, düzgün tətbiq edildikdə bu üsul müəyyən effekt verə bilər. -a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu ideya əslində yen
12 aprel"Oğlum onun qurbanlarından biri olub" - Həbs edilən sahibkarın atası
Ötən ilin 21 noyabrında Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə həbs edilən Bəhruz Paşayevin atası istintaqın gedişatından narahatdır. "Qafqazinfo"ya müraciət edən Sabir Paşayev baş vermiş yanğına görə "İvolt" MMC-nin rəhbərinin məsuliyyət daşıdığını deyib
10 aprelXəzər dənizində zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. Bu barədə -a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 07:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub. Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib
11 aprelRayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 11-i axşam və 12-də, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi
10 aprelAzərbaycanda bu avtomobillərə taksi fəaliyyəti QADAĞAN EDİLƏCƏK - RƏSMİ
Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək. "Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Sənəddə qey
12 aprelPaytaxtın qəsəbələrində iməclik keçirilib
Bakı şəhərinə yağan yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə aprelin 11-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib. Keçirilən iməclik zamanı şəhə
11 aprelHavalar Pasxadan sonra düzələcək - mif, yoxsa...
Coğrafiya üzrə fəlsəfə doktoru: "Son 30 ilin məlumatına əsasən bunu demək mümkündür. Havaların Pasxadan sonra düzəlməsi ilə bağlı fikir cəmiyyətdə geniş yayılmış inaclardan biridir. Xüsusilə yaşlı nəsil arasında tez-tez səslənən bu yanaşma ilk baxışda sadə müşahidəyə əsaslansa da, əslində həm həqiqə
12 aprel