"Naxçıvana nəqliyyat dəhlizi hərbi əməliyyatlar vasitəsilə açılacaq" - AÇIQLAMA

"Naxçıvana nəqliyyat dəhlizi hərbi əməliyyatlar vasitəsilə açılacaq" - AÇIQLAMAXəbər verdiyimiz kimi, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "İzvestiya" qəzetinə müsahibə verib. Səfir müsahibəsində deyib ki, Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları uzadır. Bəs Naxçıvan arasında nəqliyyat dəhlizi nə vaxt açılacaq?

Məsələ ilə bağlı siyasi şərhçi Səxavət Məmməd Sonxeber.az-a deyib ki, ümumiyyətlə Ermənistan yaxud Qarabağ münaqişəsinin tarixinə baxanda görürük ki, 30 ilə yaxın müddətdə belə Ermənistan danışıqları uzadır və problemlər yaradırdı:

"Bu sanki Ermənistan siyasətinin əsas prioritetlərindən biri sayılır. Rusiyalı vəzifəli şəxsin dediklərindən asılı olmayaraq, biz bunu özümüzdə görürük ki, bu məsələni uzadır və özünə vaxt qazanmağa çalışır. Vaxt nəticəsində tərəfdar toplamağa çalışır ki, hansısa addımlar atsınlar. Biz burada indi əsas məsələyə diqqət yetirməliyik. Qarabağ ilə bağlı biz 10 noyabr bəyanatına baxanda demək olar ki, bütün məsələlər həll olunub. Azərbaycan tərəfi güc vasitəsilə 10 noyabr bəyanatının Azərbaycan ilə bağlı olan tərəfini tamamilə həll edib. Yalnız Naxçıvana birləşdiriləcək yol məsələsidir. Burada söhbət beynəlxalq kommunikasiya məsələsidir və təkcə Naxçıvana birləşdiriləcək yol nəzərdə tutulmur. Bu yol məsələsi təkcə Azərbaycanın problemi deyil. Nəzərə alsaq ki, yol açılacaq və Rusiyada bu məsələnin içərisində olacaq. 10 noyabr bəyanatında açıq yazılıb ki, həmin yola Rusiyanın Federal Təhlükəsizlik Xidməti nəzarət edəcək. Ermənistan bunu da yubadır".

Səxavət Məmməd bildirib ki, Ermənistan bunun baş tutmaması üçün yanına Fransa Amerikanı ala bilir. Bu prosesdə Ermənistan İran məsələsini də ortalığa atıb. İran hər dəfə bildirir ki, sərhədlərin dəyişdirilməsi məsələsi onların "qırmızı xətti"dir:

"Yəni dolayısıyla hərbi tərəfdən hansısa bir addım atılacaqsa, İran və Fransa buna qarşı çıxacaq. Digər tərəfdən danışıqlara gəlmirlər və qaçırlar. Düşünürəm ki, məsələ bir qədər çətindir və problemlər yaradacaq. Ermənistan və Azərbaycan arasında yenidən müharibə başlayacağı ilə bağlı fikirlər səsləndirilir. Yəni müharibə olması ehtimalı yüksək göstərilir. Bu olsa da, həmin dəhlizin açılması məsələsi olacaq. Bu istiqamətdə hərəkətlilik ola bilər. Bunu təbii ki, Ermənistan özünü hər nə qədər kənara çəksə də, guya onlar müharibə etmək istəmədiklərini bildirsə də, biz görürük ki, hərəkətlilik nəsə onlar tərəfdən gəlir. Bir məsələyə diqqət ayırmaq istəyirəm. Bu nə qədər real olacaq onu da deyə bilmərik. Bu münaqişənin tarixinə baxanda bir məqamın şahidi oluruq. Danışıqlar yolu ilə heç bir şey əldə olunmayıb. Ən çox söhbət danışıqlar zamanı sülh prosesindən gedib. Ən son nöqtədə hərbi əməliyyatlara keçilib".

Ekspertin sözlərinə görə, 10 noyabr bəyanatının Azərbaycana düşən hissəsini Azərbaycan özü antiterror əməliyyatları həll etdi:

"Naxçıvana açılacaq yolda böyük dövlətlər, beynəlxalq qurumlar bu məsələdə bir neçə milyard vəsait ayırıb. Hətta bildirilir ki, bu məsələyə 300 milyard vəsait ayrılacaq. Yəni bu Azərbaycanı aşacaq bir məsələdir. Ola bilsin ki, Ermənistan tərəfində hakimiyyət dəyişikliyi baş verərsə, revanşistlər hakimiyyətə gəlrəsə, onlar Azərbaycana qarşı hansısa addımlar atmağa cəhd göstərə bilərlər. Başqa bir ehtimal olaraq isə, hansısa bir ölkə bu məsələni daha fərqli yönə çəkməyə çalışa bilər. Rusiyanın özü də bu addımı ata bilər. Mən sözügedən yolun danışıqlar ilə açıqlacağını nədənsə görmürəm. Hesab edirəm ki, o yol hərbi əməliyyatlar vasitəsilə açılacaq. Hər halda dünyada gedən proseslər onu göstərir ki, dünya böyük bir müharibəyə gedir. Bizim regionumuzda bundan kənarda qalmayacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1335   Tarix: 12 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 11-i axşam və 12-də, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi

10 aprel
.

Aprelin pensiyası bu TARİXDƏ VERİLƏCƏK

Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub. -un məlumatına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafika uyğun şəkildə ödəniləcək. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək. Daha sonra isə qrafikə uyğu

12 aprel
.

Bu şəxslər işdən məcburi çıxarılacaq

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək. Bu, Milli Məclisin keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, tərəflərin iradəsindən və y

12 aprel
.

Tanınmış pedaqoq Qəmər Quliyevanın 80 yaşı tamam olur

Bu gün, Respublikanln Əməkdar Mədəniyyət işçisi, tanınmış pedaqoq Qəmər xanım Quliyevanın 80 yaşı tamam olur. Ömrünün böyük hissəsini ölkə mədəniyyətinin inkişafına, uşaq və gənclərin musiqi təhsilinə həsr edən Qəmər xanım əmək fəaliyyətinə Səbail rayonundakı Rəşid Behbudov adına 2 saylı musiqi məktəbind

11 aprel
.

Bakıya gələnlərə vacib XƏBƏR: 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək...

Təmir-bərpa işləri ilə bağlı Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məhdudiyyət 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək qüvvədə olacaq. Göstərilən müddət ərzind

12 aprel
.

Metro BAĞLANIR: Avtobuslar pulsuz olacaq?

"28 May" və "Nizami" metro stansiyası təmirə bağlanacaq və bu müddətdə qatarların hərəkətində ciddi dəyişikliklər ediləcək. xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" xəbər yayıb. Bundan sonra iddia edilib ki, "28 May" və "Nizami" stansiyaları işləmədiklər

12 aprel
.

İnternetin sürətini artırmaq üçün BUNU EDİN

İddialara görə, routerin arxasına yerləşdirilən folqa Wi-Fi siqnalını yaxşılaşdıra bilər. Bir çoxları buna şübhə ilə yanaşsa da, bəzi araşdırmalar göstərir ki, düzgün tətbiq edildikdə bu üsul müəyyən effekt verə bilər. -a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu ideya əslində yen

12 aprel
.

Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

Ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır. Bəs, tikinti işləri nə yerdədir?

12 aprel
.

Bu evlərə su VERİLMƏYƏCƏK - RƏSMİ

"2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə, bu təkcə suya aid deyil, qanunsuz tikilən və sənədi olmayan evlərə su, qaz, və işığın qoşulması qadağan olunub və bunun artıq cinayət məsuliyyəti də var". xəbər verir ki, bu fikirləri "Xəzər TV"də yayımlanan "Cavabdeh" adl

12 aprel