Zəngəzur dəhlizi hərbi yolla açıla bilər? - AÇIQLAMA
Azərbaycan torpaqlarının işğaldan azad edildiyi vaxt bu yana Zəngəzur dəhlizinin açılması əsas məqsədlərdən biridir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu koridor sülh danışıqlar nəticəsində açıqlacaq. Lakin Ermənistanın həyata keçirdiyi son təxribatı ilə danışıqlar prosesinə konkret olaraq zərbə vurur. Məlum olduğu kimi, Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar. Ermənistanın terrorçuluq fəaliyyətlərini genişləndirməsi ilə Zəngəzur dəhlizi hərbi əməliyyatlar vasitəsilə açıla bilər?
Məsələ ilə bağlı hərbi məsələlər üzrə ekspert Elxan Şıxəliyev Sonxeber.az-a açıqlama verib. O, diqqətə çatdırıb ki, fevralın 12-də Ermənistan Silahlı Qüvvələrinin birinci eşolon bölmələri ilə təmas vəziyyətdə olan sərhəd xidmətimizin hərbçisi atılan atəş nəticəsində yaralanıb:
"Təbii ki, Ermənistan tərəfindən bu təxribat gözlənilən idi. Ermənistan sülh müqaviləsindən yayınmaq üçün elə bir atəşkəsin variantlarını modelləşdirəcək ki, Azərbaycan cavab vermək məcburiyyətində qalacaq. İndi də tam olaraq sahədə bunu görürük. Ermənistanı cəsarətləndirən qüvvələr var. Xüsusən Fransanın Ermənistanı sürətlə silahlandırması və Ermənistanda hakimiyyətə yaxın qüvvələrin, "VoMa"nın kombatantlarının artıq bizimlə şərti sərhəddə təmas vəziyyətdə olduqlarına dair verdikləri mesajları üst-üstə gətirəndə artıq təxribat fəaliyyətlərini Ermənistan tərəfindən terror təşkilatlarının üzvləri də həyata keçirə bilər. Xüsusən şərti sərhədimizdən xarici ölkə vətəndaşının keçməsi, Markus Ritterin tabeçiliyində olan Avropa İttifaqının mümkün missiyasının binokllarının daimi bizim sərhədlərimizi nəzarətə götürməsi və müşahidənin aparılması xəbər verirdi ki, bu və ya digər halda Ermənistan təxribat edəcək".
Elxan Şixəliyev deyib ki, Ermənistan növbəti dəfə terrorist fəaliyyətlərinin sərhədimizdə hərbçilərimizə qarşı istifadəsini həyata keçirdi. Bunun üzərindən Ermənistan qarşılığına hazır olmalı idi: "Bütün zamanlarda deyiirdi ki, bir nəfər belə olsa Azərbaycan hərbçisinin yaralanması bizim üçün qəbuledilməz olacaq. Əgər bu baş verəcəksə Ermənistan misli ilə bunun qarşılığına hazır olmalıdır. Xüsusən Ermənistanın sərhədçimizi yaralaması üzərinə digər bölgələr ilə təmasda olan hissələrdə, Qazax istiqamətində atəşkəsin pozulması Ermənistanın yeni eskalasiyaya təhrik etməyindən xəbər verir".
Ekspertin sözlərinə görə, artıq Ermənistanı cəsarətləndirın qüvvələr bunda maraqlıdır ki, Ermənistan-Azərbaycan arasında atəşkəsin pozulması halları baş versin:
"Böyük güclərin maraqlarının sahədə kəsişməsi, Zəngəzur koridorunun açılması, anklavlarımızın geri qaytarılması, bütün bu məsələlərin Ermənistan tərəfindən qəbuledilməzliyi və sərhəddəki terrorist fəaliyyətlərinin nəticəsi, Ermənistanı ciddi bir məsuliyyətə cəlb etməlidir. Xüsusən Azərbaycan tərəfinin atacağı addımlara hazır olmalıdırlar. Ermənistan sülh müqaviləsini imzalamırsa, qaçırsa, təxribat fəaliyyətləri ilə bağlı bütün məsuliyyəti daşımağa hazır olmalıdır. İndiki məqamda biz bunu görürük. Sülh müqaviləsi yoxdursa, biz Ermənistan ilə atəşkəs vəziyyətində sayılırıq. Atəşkəs qısa bir müddətdə sülhədə çevrilə bilərdi. Lakin atəşkəsin pozulması müharibə lokal əməliyyatların başlaması ilə nəticələnə bilərdi. Bütün zamanlarda "Qisas əməliyyatları"nda ilk olaraq Ermənistan təxribat fəaliyyətini icra edir, Azərbaycan isə cavab vermək məcburiyyətində qalırdı. Nəticələrinə isə hazır olmaqda fayda var. Çünki bu amillər Azərbaycan üçün "qırmızı" xətlərdir. Şərti sərhədlərimizdə atəşkəsin pozulması, təxribat-diversiya, terrorist fəaliyyətlərinin dayandırılmasını Ermənistan tez bir şəkildə sürətləndirməlidir. Əks halda mümkün eskalasiyanın dayandırılmasını heç kim qarantiya verə bilməz".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar