AYB-in binasında yerləşən "İnferno" klubunda mühafizəçi necə bıçaqlanıb? (TƏFƏRRÜAT)
Bakıda 13 iyul 2023-cü il tarixdə, gecə saat 04.00 radələrində "İnferno" gecə klubunda mühafizəçini bıçaqlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş Elvin Abbasov (ad-soyad şərti) Cinayət Məcəlləsinin 221.3 və
228.4-cü maddələrilə təqsirli bilinib və 2 il 1 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirlndirilən şəxslə zərərçəkmiş mühafizəçi arasında mübahisə "İnferno" gecə klubuna daxil olmaq üstündə baş verib. Belə ki, Cavid Əsgərov (ad-soyad şərti) Xəqani küçəsində yerləşən "İnferno" gecə klubunda alətlə Elvin Abbasovun üzərini yoxlayacağını bildirib. Lakin o, üzərini yoxlamağa icazə verməyib və içəri girmək istədiyini deyib. Mühafizəçi onun üzərini mütləq şəkildə yoxlamalı olduğunu, əks halda içəri buraxmayacağını bildirib.
Ətraflı
Elvin Abbasov əsəbləşərək, nalayiq ifadələr işlədib və üzərində gəzdirdiyi bıçağı çıxardaraq mühafizəçiyə göstərib, onu qorxutmaq istəyib. Mühafizəçi əlindən bıçağı almaq istəyərkən Elvin Abbasov onun qol altı nahiyəsindən vurub. Daha sonra bıçağı onun ayağına vururaraq, hadisə yerindən qaçıb.
Aparılan araşdırma zamanı o da məlum olub ki, bundan əvvəl təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətinə azadlığın məhdududlaşdırılması cəzasına məhkum edilibmiş.
Qeyd edək ki, "İnferno" gecə klubu Azərbaycan Yazıçılar Birliyinin alt mərtəbəsində yerləşir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1142 Tarix: 13 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrOktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
30 sentyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabr