Qəbul imtahanlarının vaxtı AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, sənəd qəbulu tarixləri, magistraturaya qəbul imtahanının II cəhdi, rezidenturaya qəbul, dövlət qulluğuna qəbul, eləcə də digər imtahan və tədbirlərin tarixlərini açıqlayıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu ötən il olduğu kimi, bu il də iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılacaq. Ərizə qəbulunun birinci mərhələsi martın 1-dən 15-dək həyata keçiriləcək.
Ərizə qəbulunun 2-ci mərhələsi, yəni I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər aprelin 15-dən mayın 6-dək imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçəcəklər. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat isə mayın 31-dən iyunun 17-dək olan müddətdə aparılacaq.
II və III ixtisas qrupları üzrə qəbul imtahanların ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçiriləcək.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdi aprelin 28-də, rezidenturaya qəbulun birinci mərhələsinin birinci cəhdi mayın 5-də, ikinci cəhdi iyunun 9-da, imtahanın ikinci mərhələsi isə avqustun 4-də keçiriləcək.
Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə verilən cədvəldə ətraflı tanış ola bilərsiniz. Cədvəl il ərzində DİM-in saytının baş səhifəsində aktiv olacaq. Qrafik Mərkəzin saytının "Təqvim" bölməsinə də əlavə edilib. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid imtahanlar və qeydiyyat tarixlərini əldə edə bilərsiniz.
Xatırladaq ki, buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi, Azərbaycan dili (dövlət dili kimi) və s. imtahanların tarixləri əvvəlcədən elan olunub. 11-ci sinif buraxılış imtahanları üzrə Gəncə şəhərində yerləşən məktəblərin imtahan günləri də siyahı şəklində (Gəncə - 1, Gəncə - 2) cədvəlin buraxılış imtahanları bölməsinə əlavə olunub.
İmtahan və tədbirlərin qrafikində hər hansı dəyişiklik olsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA