Əhmədovların mirası kimə QALACAQ? Əhmədə və ya...?
Xəbər verdiyimiz kimi Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib Bəs ölkə gündəmini zəbt etmiş qətli törədən Əhməd Əhmədov ailəsinin mirasına sahib ola bilər? Qətlə yetirilən ailənin mirası kimə qalacaq?
Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Sonxeber.az-a açıqlama verib:
O bildirib ki,qətli törədən şəxs yalnız bu halda ləyaqətsiz vərəsə hesab olunur:
"Mülki Məcəllənin 1137 maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirilməsinə qəsdən maneə törətmiş və bununla özünün və özünə yaxın şəxslərin vərəsiliyə çağrılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxub vəsiyyət edənin vəsiyətnamədə ifadə edilmiş son ifadəsinə qarşı qəsdən cinayət və digər əxlaqsız hərəkət törətmiş şəxs ləyaqətsiz vərəsə hesab olunur. Yəni nə qanun üzrə, nə də vəsiyyət üzrə varis ola bilmir. O halda ki, qərar məhkəmə qərarı ilə təsdiqlənsin.
Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər, həmin şəxsin mirasa sahibliyi başladığı andan 5 il ərzində irəli sürülməlidir. Məhkəmə tərəfindən vərəsəlik hüququnun məhrum edilməklə bağlı Əhməd Əhmədov barəsində qərar qəbul olunarsa, bu zaman o ləyaqətsiz vərəsə hesab olunur. Bu zaman nə qanun, nə də vəsiyyət üzrə əmlaka varis ola bilməz. Çünki ləyaqətsiz vərəsə olmuş şəxs vərəsəlik üzrə aldıqları əmlakın hamısı gəlirləri ilə birlikdə qaytarmağa borcludur".
Vəkil qanunvericiliyə əsasən, vərəsələrin necə təyin edilməsinə aydınlıq gətirib:
"Qanunvericiliyə əsasən qanun və vəsiyyət üzrə vərəsə yoxdursa, mirası heç bir vərəsə qəbul etmirsə və ya bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilirsə, bu zaman əmlak dövlətə keçir. Qanunvericiliyə əsasən miras ilk növbədə ölən şəxsin övladı, əri, arvadı, valideynlərinə keçir. İkinci növbədə ölənin bacı-qardaşı, üçüncü növbədə həm ana, həm də ata tərəfdən nənə və babası hesab olunur. Daha sonra isə xala, dayı, bibi, əmidir.
Kürəkən bir halda vərəsə hesab edilir ki, ölən şəxs sağlığında əmlakı ona vəsiyyət etsin".
Xatırladaq ki, Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA