Əgər bir nəfər silah yaxud alətlə şəxsin üzərinə gəlirsə, ilk olaraq insan özünü qorumalıdır! - AÇIQLAMA

Əgər bir nəfər silah yaxud alətlə şəxsin üzərinə gəlirsə, ilk olaraq insan özünü qorumalıdır! - AÇIQLAMAXəbər verdiyimiz kimi, dünən Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib. Əhməd bu cinayəti törətməzdən əvvəl Elmira Mehman qızını və onun azyaşlı övladını da qətlə yetirib. Baş vermiş hadisə zamanı evdəki hay-küyə heç kim gəlməyib. Eyni zamanda binanın mühafizəsi və təhlükəsizlik kameraları ilə bağlı məlumatda yoxdur. Sadəcə olaraq aş vermiş ağır cinayəti qonşu qapının gözlüyündən lentə alıb. Cinayətkarın əməlini törədən zaman heç bir kömək etməyə çalışmayan, sadəcə, qətl anını lentə alan qonşunun hərəkəti müzakirələrə səbəb olmuşdu.

Belə hadisə baş verərsə, binanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hansı addımlar atılmalıdır. Təhlükəsizlik məsələləri üzrə ekspert ELmar Nuraliyev Sonxeber.az-a bildirib ki, bu tip hadisələrdə, binalarda mühafizə xidmətinin rolu yaxud binada nəzarət-müşahidə kameraları olmasının təhlükəsizlik üçün müəyyən rolu var:

"Bu kimi hadisələrə, təhdidlərdə, təcavüz, qarət və soyğunçuluqda soyuq silah qismində istifadə olunan alətlər ilə icra olunduqda insanların bu kimi hadisələrə yanaşması fərqlidir. Belə hadisələr vaxtı istər başına gəldiyi təqdirdə, istərsə də başına gəlməyib şahidi olduğu halda edəcəkləri daha önəmlidir. İnsanların maksimum birliyi, bacarığının olması belə hadisələr vaxtı müəyyən qədər doğru düzgün davranış sərgiləməyə kömək edir. Mən burada xüsusilə vurğulamaq istəyirəm ki, silahsız, özünümüdafiə problemləri var. Hər bir insanın özünümüdafiə bacarıqları olmalıdır. Özünümüdafiə o demək deyil ki, şəxs silah yaxud soyuq silah qismində istifadə olunan alət ilə gəlir və sən onun üstünə gedəsən yaxud almağa çalışasan. Bu cəsarət, qorxumazlıq deyil".

Ekspertin sözlərinə görə, əgər bir nəfər silah yaxud alətlə şəxsin üzərinə gəlirsə, ilk olaraq insan özünü qorumalıdır:

"İmkan varsa, maksimum təhlükəsiz yerə keçməli və qaçmalıdır. Özünü onun üstünə atmalı deyil. Bu birinci qaydadır. Açıq bir sahədə imkan var qaçırsan. Amma bağlı bir yerdə, qapalı məkanda qaçmağa yer yoxdur. Burada nə etməlisən? Özünümüdafiə bacarığı burada ortaya qoyulur. İnsanların zəif yerinə zərbələr endirməklə təsirsiz hala gətirmək mümkündür. Situasiyaya görə variantlar müxtəlifdir. Ola bilər ki, bir daş parçası var onu ata bilərsiz. Hay-küy salıb kiminsə diqqətini cəlb edib köməyə çağırmaq olar. Burada yanaşma fərqlidir. Bacarıqların olması vacibdir ki, bu kimi hallar baş verdikdə nə etməli olduğunu bilsin. Təbii ki, buna şahidlik edən şəxslərində bacarıqların olması hadisə zamanı böyük rolu var. Hadisə şahidlərinin əgər özünümüdafiə bacarıqları varsa onlarda qısa bir zamanda bunun qarşısının alınmasına cəhd göstərə bilərlər. Ən azı mühafizə orqanlarına məlumat verə bilər, ərazinin bloklanması və insanlarin diqqətini cəlb etmək üçün addımlar ata bilər. Bütün bunlar xidmət sahəsində çalışanlara aiddir. Məsələn binanın mühafizəsi varsa, özünümüdafiə bacarıqları ilə bu kimi situasiyalarda doğru qərar qəbul edə bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3064   Tarix: 15 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr