Bu peykdə okean aşkarlandı

Bu peykdə okean aşkarlandıAlimlər Saturnun peyki Mimasın buz qabığının altında yeni formalaşmış okeanın olması qənaətinə gəliblər.

Bu barədə "Qafqazinfo"ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd edilib ki, 2004-2017-ci illərdə Saturn və onun peyklərini tədqiq edən NASA-nın Kassini kosmik gəmisinin materiallarının təhlili ilə məşğul olan Paris Rəsədxanasının alimləri Mimasın orbitində yırğalanmaların gözləniləndən iki dəfə güclü olduğunu aşkar ediblər.

Tədqiqat qrupu peykin buz qabığının altında okean olması və ya nüvəsinin reqbi topu şəklində uzunsov olması ehtimallarını irəli sürüblər.

Son araşdırmalar göstərib ki, peykin fırlanması zamanla dəyişib. Kassinidən alınan materialları Mimasın daxili quruluşunun və orbitinin modelləri ilə birləşdirən qrup bu nəticəyə gəlib ki, həqiqətən də Mimasın səthinin 20-30 km dərinliyində okean var və bu onun həcminin yarıdan çoxunu təşkil edir.

Okeanın yaşı 25 milyon ildən çox deyil. Ola bilsin ki, cəmi 2 milyon il əvvəl formalaşıb. Çünki peykin qabığında okeanın varlığının izləri hələki görünmür. Günəş sisteminin digər peykləri Enselad və Avropada olduğu kimi su səthə çıxaraq kraterləri doldurmayıb.

Okeanın varlığı Mimasın buzları suya çevirən güclü istilik mənbəyinə dəlalət edir. Hesab olunur ki, okeanın nüvəyə yaxın aşağı təbəqələri isti olsa da, üst təbəqələri donma temperaturuna yaxındır. Müəlliflər bildirirlər ki, hazırda peykin hərəkətində yırğalanmalar müşahidə olunmur və bu okeanın donmasına səbəb ola bilər: "Əgər okean donarsa, o zaman biz onu səthində qabığı yararaq üzə çıxmış hissələri görəcəyik".

Qeyd edək ki, tədqiqat işinin nəticələri "Nature" jurnalında çap olunub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 904   Tarix: 16 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

40 ildən sonra dünya əhalisi yarıbayarı AZALA BİLƏR

Yer kürəsinin əhalisi ciddi ekoloji böhran baş verəcəyi təqdirdə 2064-cü ilə qədər iki dəfə azala bilər. xəbər verir ki, bu barədə müvafiq tədqiqatın müəlliflərindən biri Alessio Cakkone (Alessio Zaccone) Phys.org portalında dərc olunan məqaləsində bildirib. Alim vurğulayıb ki, bu ssenari qəti proqno

27 may
.

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb. Nəşri

24 may
.

Tramp: Hörmüz boğazı İranla bağlanan müqavilənin bir hissəsi olaraq açılacaq

ABŞ Prezidenti Donald Tramp İranla bağlı müqavilənin bir hissəsi olaraq Hörmüz boğazından gəmilərin daşınmasının bərpa olunacağını və digər detalların daha sonra açıqlanacağını bildirib. "Report" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb. "Müqaviləni

24 may
.

"Daily Mail": Vens 2028-ci il prezident seçkilərindən geri çəkilə bilər

ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Tulsi Qabbardın milli kəşfiyyatın direktoru vəzifəsindən istefasından sonra 2028-ci il prezident seçkilərindən çəkilməyi düşünür. "Report" xəbər verir ki, bu barədə "Daily Mail" mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, Qabbar

24 may
.

Hər gün ət yemək ömrü uzadır? - Çin alimlərindən diqqətçəkən araşdırma

Çin tədqiqatçıları müəyyən ediblər ki, hər gün ət yemək çəkisi normadan az olan qadınların 100 yaşa qədər yaşama ehtimalını 44 faiz artırır. xəbər verir ki, bu barədə " məlumat yayıb. Bununla yanaşı, balıq, yumurta və ya süd məhsulları istehlak edən bəzi vegetarianlar da ətyeyənlər qədər yüz yaş

24 may
.

Çində sel təhlükəsi: yüzlərlə insan təxliyə edildi - VİDEO

Çində sel təhlükəsi ilə bağlı bəzi bölgələrdə ən yüksək xəbərdarlıq səviyyəsi olan "qırmızı xəbərdarlıq" elan edilib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Anhui və Hubey əyalətlərində güclü yağıntılar nəticəsində sel riski yaranıb. Təhlükəsizlik tədbirləri çərçivəsində 180

25 may
.

Günəşdə güclü partlayışlar gözlənilir

Mayın 26-27-də Günəşdə partlayış aktivliyinin aşağıdan orta dərəcəliyə qədər olacağı, eyni zamanda, yüksək X sinfindən partlayışların ola biləcəyi proqnozlaşdırılır. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "26 və 27 may tarixlərində Günəşd

26 may
.

Heç vaxt evlənməyən Kantın evliliklə bağlı fikri yenidən gündəm oldu

Həyat insanların prioritetlərini çox vaxt gözlənilməz şəkildə dəyişir. Alman filosofu İmmanuel Kantın evlilik və zamanla bağlı məşhur sitatı bu gün də geniş rezonans doğurur, çünki bir çox insanın şəxsi təcrübəsi ilə üst-üstə düşən sərt bir reallığı əks etdirir. Qaynarinfo xəbər verir ki, bu barədə "Economi

25 may
.

ABŞ ordusunda hərbçilərin sayını artırır

ABŞ 2027-ci ildə silahlı qüvvələrinin şəxsi heyətini daha da artırmağı planlaşdırır. "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pit Heqset açıqlama verib. O bildirib ki, hazırda ABŞ ordusunda təxminən 1.8 milyon hərbçi xidmət edir və qarşıdakı dövrdə bu rəqəmi

24 may