Qanla yazılmış qəhrəmanlıq yaddaşı – Xocalı
Tarixin müxtəlif dönəmlərində insanların kütləvi qətli ilə nəticələnən faciələr, soyqırımlar çox olub. Bu qətliamlar arasında erməni şovinizminin törətdiyi ağlasığmaz Xocalı soyqırımı dəhşətləri ilə fərqlənir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başlamaqla etnik təmizləmə siyasətlərini davam etdirən ermənilər Xocalını 1991-ci il oktyabrın 30-da tam blokadaya saldılar və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Xocalı yandırıldı, yerlə-yeksan edildi. Şəhəri tərk etməyə məcbur qalan, dağlara, meşələrə qaçan dinc sakinləri güllələyən ermənilər əvvəlcədən düzəltdikləri pusqularda rast gəldikləri xocalıları qətlə yetirib, bəzilərini girov götürdülər. Dəhşətli soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə öldürüldıü. Qəddarlığın ən son həddi isə 1275 nəfər dinc sakinin əsir götürülməsi oldu. O hadisələrdə əsir düşmüş 150 nəfərin taleyi hələ də bəlli deyil.
Azərbaycanın və bəşəriyyətin tarixinə ən dəhşətli faciə kimi yazılan Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirildi. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı.
Faciənin dünya miqyasında tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işlər xüsusilə təqdirəlayiqdir. 2008-ci ildə Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası uğurla davam etdirilir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiqlənib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 24 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Qardaş Türkiyədə, ABŞ-da, Almaniyada, Avstriyada, Belçikada, Gürcüstanda, Hollandiyada və digər ölkələrdə keçirilən mitinqlər, anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük əks-səda doğurub. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram olaraq 6 ölkədə abidə ucaldılıb.
Xocalı soyqırımı qurbanlarının ruhuna ən layiqli ehtiram Qarabağın işğaldan azad edilməsi, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Müzəffər Ordumuzun qazandığı Zəfər oldu. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Müzəffər Ordu Xocalı soyqırımı qurbanlarının qisasını aldı.
Metin Hüseynov - politoloq
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 895 Tarix: 21 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabrAzərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar
30 sentyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabrPaytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
1 oktyabr