Azərbaycanda müəllim və ərinin təhqir etdikləri şagirdlərin həyatı təhlükədədir - İDDİA

Azərbaycanda müəllim və ərinin təhqir etdikləri şagirdlərin həyatı təhlükədədir - İDDİALənkəran rayonunun M.Nəzərov adına Parakənd kənd tam orta məktəbindən şikayət var.

Bu barədə Oxu.Az-a övladları orada təhsil alan valideynlər şikayət ünvanlayıblar.

Onların sözlərinə görə, məktəbin coğrafiya müəllimi Türkan Abbasova və həyat yoldaşı Elşən Abbasov VII sinif şagirdlərini təhqir ediblər:

"Ər və arvad övladlarımızın şərəf və ləyaqətini alçaldaraq, onlara mənəvi işgəncələr veriblər. Eyni zamanda, müxtəlif alçaldıcı hərəkətlər edərək uşaqlarımızın psixologiyasını pozublar. Məsələ barədə məktəbdə valideyn iclası keçirilib.

İclas zamanı T.Abbasova və həyat yoldaşı birgə məktəbə daxil olaraq valideynləri təhdid və təhqir ediblər. Bu hadisəyə şahid olan şagirdlər qorxu, həyəcan keçiriblər. Nəticədə həmin gündən məktəbə getmirlər. Uşaqların həyatı təhlükədədir".

Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, M.Nəzərov adına Parakənd kənd tam orta məktəbində coğrafiya fənnini tədris edən Türkan Abbasova tərəfindən şagird və valideynlərin şərəf və ləyaqətini alçaltması, onlara mənəvi işgəncələr verməsi iddiaları araşdırmalar zamanı təsdiqini tapmayıb:

"Məktəb rəhbərliyi müəllim ilə valideynlər arasındakı mübahisəli məsələni həll edib. Valideynlərlə əlaqə saxlanılıb, onlarla söhbət aparılıb və nəticədə məktəblilərin dərsə davamiyyətində yaranmış qısamüddətli problem aradan qaldırılıb. Hazırda şagirdlər məktəbdə tədrislərini davam edirlər".

Qeyd edək ki, Elşən Abbasov məktəbdə müəllim kimi belə çalışmır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 677   Tarix: 21 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həddindən artıq düşünmək hansı psixoloji səbəblərdən yaranır? - AÇIQLAMA

Gündəlik həyatın sürətli ritmi, artan məsuliyyətlər və qeyri-müəyyənliklər bir çox insanı eyni düşüncələr ətrafında ilişib qalmağa vadar edir. Bəzən adi analiz kimi başlayan bu proses zamanla idarəolunmaz hala gəlir və "həddindən artıq düşünmək" kimi tanınan psixoloji vəziyyətə çevrilir. Bə

10 aprel
.

Paytaxtın qəsəbələrində iməclik keçirilib

Bakı şəhərinə yağan yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə aprelin 11-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib. Keçirilən iməclik zamanı şəhə

11 aprel
.

Tərtərdə iki qadın DÖNƏRDƏN ZƏHƏRLƏNDİ

Tərtər rayonunda iki nəfər dönərdən zəhərlənib. -a istinadən xəbər verir ki, hadisə aprelin 10-da qeydə alınıb. Tərtər şəhər sakinləri - 199-cu il təvəllüdlü Şəfaqət İslam qızı Paşayeva və 1983-cü il təvəllüdlü Nuranə Ədalət qızı Məmmədova qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər. Məlumat

11 aprel
.

Azərbaycanda həyat yoldaşına xəyanət edənləri BU CƏZA GÖZLƏYİR: YENİ QƏRAR

Azərbaycanda həyat yoldaşının xəyanəti hüquqi baxımdan müəyyən nəticələrə səbəb ola bilər. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. Məhkəmələrdə iddia qaldırmaqla şəxsi və ailə münasibətlərindən doğan hüquqlar qorunur. Mənəvi təzminatın miqdarı zərərin dərəcəsi v

12 aprel
.

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Bakıda üç ailə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun iddia tələbi səbəbindən evsiz qalmaq təhlükəsi ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Məmməd Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Səbail rayonu, Nizami küçəsi, 706-c

10 aprel
.

Azərbaycanda bu şəxslərə ayda 2200 AZN VERİLİR - SİYAHI

Məlum olduğu kimi,Azərbaycanda Vətənin müdafiəsi uğrunda iştirak etmiş və Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə aylıq təqaüd verilir. Bəs,Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği nə qədərdir?. xəbər verir ki, Vətən müharibəs

12 aprel
.

Bazardan aldığı çiyələklər çürük çıxdı: vətəndaşın etirazı gündəm oldu - VİDEO

Türkiyədə bazar alış-verişi zamanı maraqlı və eyni zamanda narazılıq doğuran hadisə qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, bir vətəndaş 80 TL ödəyərək aldığı çiyələklərin böyük hissəsinin çürük çıxması səbəbilə etirazını bildirib. O, yaşadığı vəziyyətə emosional reaksiya verərək bunlar

10 aprel
.

Vüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi (FOTO)

"Bakı Metropoliteni" QSC-də kadr dəyişikliyi olub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, QSC-nin Təlim-tədris mərkəzinin rəisi Fərid Hacıağabəyli vəzifəsindən azad olunub. Sədrin digər əmri ilə o, "Bak

10 aprel
.

Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

Ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır. Bəs, tikinti işləri nə yerdədir?

12 aprel