Kamil Zeynallı iddia edilən cinayəti Qarabağda törədibsə məhkəməsi Azərbaycanda olmalıdır! - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib. Lakin belə bir məsələ var. İddia edilən cinayət hadisəsi faktiki olaraq Azərbaycan ərazisindədir. Bu baxımdan Kamil Zeynallı geri qaytarılaraq Azərbaycanda mühakimə edilə bilər?
Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Sonxeber.az-a açıqlamasında bildirib ki, hadisə yer baxımından cinayət hüququnda, cinayət səlahiyyətlərini araşdırma həmin yerin hüquq-mühafizə orqanlarına aiddir:
"Azərbaycan ərazisində törədilən bir cinayət iddia yaxud ehtimal olunursa, Azərbaycan ərazisində olduğu bilinən cinayət hadisəsi Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Bu baxımdan iddia olunan hadisənin olduğu yer Ermənistan ərazisi olmadığı üçün Ermənistan tərəfi burada səlahiyyətli deyil. Cinayət hüququnda həm yer səlahiyyəti, həm də suverenitet baxımından səlahiyyət araşdırılır. Yəqinki Rusiya məhkəməsi, Kamil Zeynallının təhvil verilməsi yaxud beynəlxalq axtarışa verilməsi ilə bağlı məsələ varsa, onu üçüncü dövlətə vermədən əvvəl bu iddiaları araşdırmalıdır".
Hüquqşünasın sözlərinə görə, bu məsələni onun vəkilləri məhkəmədə qaldırmalıdır ki, Kamil Zeynallını Ermənistana verməmək üçün legitim əsaslar var:
"Çünki cinayətin baş verdiyi yer və eyni zamanda cinayəti araşdırma səlahiyyəti olan ölkə baxımından ziddiyyət təşkil edə bilər. Əgər həqiqətən bu şəxs Qarabağ ərazisində cinayətə qarışıbsa o zaman Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən faktın onlara təqdim olunması ilə cinayət işi başlaya bilər. Azərbaycan ərazisində baş verən istənilən hadisə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən yekun olaraq araşdırılıb, qərara bağlanacaq olan məsələdir. Bu şəxsin belə çərçivədə Azərbaycanda mühakimə olunması mümkündür. Əgər həqiqətən bu faktlar ortaya qoyularsa bu baş tuta bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1799 Tarix: 21 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabrAzərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar
30 sentyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabrPaytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
1 oktyabr