Şəhid və qazi ailəsi adından sui-istifadə edən şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMA
Ölkədə qazi, Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi adından istifadə edən şəxslər az deyil. Həmin şəxslər bu adlar istifadə edərək qanunsuzluq və dələduzluq hallarına yol verir. Hətta yeri gəlir paytaxt ərazisində narahatlıq belə yaradırlar. Bu baxımdan şəhid və qazi ailələrinin adından istifadə edən şəxsləri hansı cəza gözləyir?.
Məsələ ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Sonxeber.az-a açıqlamasında bildirib ki, əfsuslar olsun ki, cəmiyyətimizdə belə xoşagəlməz hallara tez-tez rast gəlirik:
"Rəğbətlə yanaşdığımız və həssas olan insanların, qazi, şəhid ailəsi adından istifadə edərək cəmiyyətdə vətəndaşlarımıza qarşı müxtəlif yollarla cinayətlər törədilir. Bunlardan daha çox yayılanı dələduzluq cinayətidir. İnsanların etibarından istifadə edərək onların əmlaklarını və hüquqlarının ələ keçirilməsi ilə bağlı addımlar atılır. Belə dəyərlərdən sui-istifadə etmək üçün ən münbit şərait dələduzluq cinayətidir. Bu cinayətin özü Azərbaycanın cinayət qanunvericiliyi ilə ciddi şəkildə məsuliyyət tədbirləri nəzərdə tutur. Hər bir halda, bu addımın ilk olaraq mənəvi tərəfləri var. Cəmiyyətimiz tərəfindən bu hallar sərt qınağa tuş gəlir. Bu qəbuledilməzdir. Belə insanlara münasibətdə cəmiyyətdə çox hiddət var. Cinayət qanunvericiliyində yumşaldıcı məqamlar olsa belə, insanlarımız arasında belə hallar yumşaq qarşılanmır".
Xəyal Bəşirovun sözlərinə görə, bu əməllər qanunvericilikdə ciddi məsuliyyət yaradır:
"Bunun kiminsə adından istifadə edilməsindən asılı olmayaraq, dələduzluq cinayəti törədibsə 178 ci maddə ilə 2 ilə qədər azadlıqdan məhrum etmə işləri daxil olmaqla, ictimai işlər, ictimai-islah işləri və cərimələr nəzərdə tutulub. Təbii ki, bununla məhdudlaşmır. Dəfələrlə törədilməsi və digər ağırlaşdırıcı hallarda bu 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzasını reallaşdırır. Daha ağırlaşdırıcı hallarda isə 7 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Təsəvvür edin bir şəxsin törətdiyi cinayət onun 12 ilə qədər azadlıqdan məhrum edilməsinə gətirib çıxarır. Xüsusilə qazi və şəhid ailəsi adından sui-istifadə edərək bunu törədir. Mən düşünürəm ki, cinayət qanunvericiliyində ağırlaşdırıcı hallar var. Ağırlaşdırıcı hallar konkret olaraq nəzərdə tutulmalıdır. Nəzərdə tutulubsa tətbiq edilə bilər. Bu baxımdan qanunvericilikdə yoxdursa belə şəxslərə qarşı ağırlaşdırıcı hallar tətbiq edilməlidir. Gələcəkdə belə halların qarşısını almaq üçün, cəmiyyətin sərt qınağını bunun ağırlaşdırıcı hal kimi nəzərdə tutulub əlavələr edilə bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1333 Tarix: 21 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabrAzərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar
30 sentyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabrPaytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
1 oktyabr