Ağlasığmaz bədbəxt hadisə: Çimərlikdə qazdığı xəndək kiçik qızı "uddu" - FOTO/VİDEO
ABŞ-nin Florida ştatında bədbəxt hadisə baş verib.
5-7 yaşlarında olduğu güman edilən qız sahildə 5-6 fut dərinlikdə xəndək qazıb. Lakin xəndək çöküb və qızı "udub", yanındakı 7 yaşlı oğlan uşağı isə sinəsinə qədər xəndəyə düşüb.
Xilasedicilər və yerli sakinlər dərhal yardım etməyə çalışsalar da, qızın həyatını xilas etmək mümkün olmayıb. Oğlanın vəziyyəti isə stabil olaraq qiymətləndirilir.
"Bu ağlasığmaz qəza idi", - deyə Pompano-Biç çimərliyinin Yanğından Xilasetmə Xidmətinin nümayəndəsi Sandra Kinq bildirib.
Kinqin sözlərinə görə, xilasedicilər qızın yanına çatanda onun nəfəsi artıq dayanmış olub.
"Biz onun nəbzini qaytarmağa çalışmaq üçün bütün həyat qurtaran üsullardan istifadə etdik, lakin heç cür qaytara bilmədik", - deyə o əlavə edib.
Qızcığazın qumun altında nə qədər qaldığı qeyri-müəyyən olaraq qalır.
Bununla bağlı yayılan videoda xilasetmə xidməti işçilərinin sağ qalan oğlan uşağını qum çuxurundan çıxararaq təcili apardıqlarını əks etdirlən kadrlar yer alıb.
Uşaqların yerli sakinlər, yoxsa çimərliyə gələn turistlər olduğu məlum deyil. Hazırda ölən uşağın yaşı ilə əlaqədar onun şəxsiyyəti açıqlanmır.
Hadisə ilə bağlı araşdırma davam edir. (oxu.az)




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1315 Tarix: 22 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29 sentyabr3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa
30 sentyabrMənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
30 sentyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrMilli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir
Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir. xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq. Bəyanatın mətnini deputat Ramid Namazov oxuyur
30 sentyabrMüəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
1 oktyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabr