Vətən müharibəsində iştirak edən şəxslər Rusiyada yaxud MDB ölkələrində Ermənistanın tələbi ilə həbs ediləcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, dünən Ermənistanın tələbi ilə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb və Bakıya qayıdıb. Ermənistan onu 29 sentyabr 2020-ci ildə yayılmış görüntülər əsasında məsuliyyətə cəlb etmək istəyib. Burada maraqlı bir sual yaranır. 44 günlük müharibədə iştirak edən şəxslər və qazilər Rusiyaya yaxud digər MDB ölkələrinə keçərsə, Ermənistanın tələbi ilə həbs edilə bilər?
Məsələ ilə bağlı, hərbi ekspert Səxavət Məmmədli Sonxeber.az-a açıqamasında bir sıra məqamlara aydınlıq gətirib.
"Ermənistan Daxili İşlər Nazirliyi belə bir informasiya verdi ki, onlar sözügedən şəxs ilə bağlı axtarış veriblər. Amma tam olaraq səbəbi açıqlamadılar ki, nəyə görə baş verib. Ermənistan mediası bildirir ki, guya əllərində video görüntülər var ki, yaşlı bir ermənini öldürüb. Yəni hərbi məsələlər ilə bağlı inanmıram ki, Vətən müharibəsi iştirakçıları Rusiyada həbs edilsin. Azerbaycanın kifayət qədərdi hərbçisi müharibədə iştirak edib. Yəni elə döyüşmüş adamlar var ki, hətta ondan sonra Rusiyada yaşayıblar. Həmin hərbçilərə qarşı hər hansı bir saxlanılma, həbs olunma halı olmayıb. Şəxsən belə bir informasiyanın olduğunu eşitməmişəm. Bu baxımdan düşünmürəm ki, qazilərin, Vətən müharibəsi iştirakçısı Kamil Zeynallı kimi eyni situasiyanı yaşasın. Müharibənin tam içərisində olmuşuq. Bu məsələ hamımıza qaranlıq qalır. Bu cür cinayət işlərinin başladılması üçün faktlar lazımdır. Yəni heç bir əsgər olmuş şəxsin hansısa döyüş zamanı qarşı tərəfin hərbçisini öldürməsi cinayət sayılmır. Bu müharibədir və qaydası budur. Ermənistan tərəfi axtarışı verdiyini deyir, amma niyə bu ərəfədə baş verdiyi bəlli deyil. Amma inanmıram ki, bu hal başqa adamlara problem törədə bilər".
Qeyd edək ki, Ermənistan Respublikası Kamil Zeynallını ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham edir. Kamil xarici ölkələrdən yalnız Türkiyəyə gedə bilər, başqa ölkələrə səfər etsə, yenidən saxlanıla və ya həbs edilə bilər.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3317 Tarix: 22 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabr3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa
30 sentyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabrPaytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
1 oktyabrMənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
30 sentyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabr