Sosial şəbəkədə tanış olub xaricə gedənlər NƏZƏRİNƏ " Qul kimi işlədirlər, başlarına min oyun gəlir"
Son zamanlar sosial şəbəkə üzərində xarici vətəndaşlarla tanış olub, ölkəni tərk edən vətəndaşların sayı artıb. Yaxın tarixdə Polşada iki aylıq uşağı ilə birlikdə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti tapılmış. Eyni zamanda Azərbaycanlı qadın türk həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb. Sosial şəbəkələrdə tanış olub ölkəni tərk edən şəxslərin başına gələnlərin səbəbi nədir? Bununla bağlı hansı addımlar atıla bilər?
Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, sistemli şəkildə dövlətin bu işə qarışmasına ehtiyac var:
"Bu sahədə dövlət qurumları ilk növbədə maarifləndirici işlər görməlidir. Əlbəttə insanları inzibatı yolla heç nəyi qadağan etmək olmaz. Amma insanların bir çoxunu xarici ölkələrdəki vəziyyətlə bağlı aydın məlumata malik deyillər. İnsanlar elə bilir ki, xaricdə onları qeyri-adi imkanlar gözləyir.
Bu sahədə geniş maariflərdirmə işlərinə ehtiyac var. Orta məktəblərdə və universitetdə bu sahədə maarifləndirmə işləri aparılmalıdır. Türkiyəyəyə Rusiyaya gedib, "qul" kimi işlədilən, başına min oyun gələn insanlar tanıyıram. Ona görə də sistemli şəkildə dövlətin bu işə qarışmasına ehtiyac var. Bu hər hansısa bir təşkilatın işi deyil.
Dövlət qurumlar yarada bilər ki, xarici ölkəyə getmək istəyən vətəndaş ilk olaraq o quruma müraciət etsin. Səfirliklərimizdə ölkələrlə bağlı müəyyən məsləhət qrupları yaradıla bilər. Xaricə gedən hər bir şəxs Azərbaycan vətəndaşıdır. Onun taleyi bizim üçün maraqlıdır. Eyni zamanda bizim xaricdə olan diaspora təşkilatlarımız da bu məsələ ilə bağlı müəyyən işlər görə bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1752 Tarix: 22 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29 sentyabr3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa
30 sentyabrMənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
30 sentyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrMilli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir
Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir. xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq. Bəyanatın mətnini deputat Ramid Namazov oxuyur
30 sentyabrMüəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
1 oktyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabr