Bakıda məktəbin həyətində yanğın törədən şəxs cəzalandırıldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən verilən xəbərə görə, fevralın 21-də paytaxtın Xətai rayonunda yerləşən 17 nömrəli tam orta məktəbin həyətində taxta tullantılarında yanğın baş verib və Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın 0,5 kvadratmetr sahəni əhatə edib, məktəbə, yaxud digər tikililərə ziyan dəyməyib.
Belə halları daim diqqətdə saxlayan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğınla bağlı araşdırma aparıb. Məlum olub ki, texniki işçi məktəbin rəhbərliyinin icazəsi olmadan təmizlik məqsədilə taxta qırıntılarını məktəbin həyətində bir yerə toplayaraq yandırıb və bununla da yanğın təhlükəsizliyi tələblərini pozub.
Qeyd olunanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub, həmçinin aidiyyəti şəxslərlə yanğın təhlükəsizliyi qaydalarının təmin edilməsi istiqamətində maarifləndirici söhbət aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 690 Tarix: 23 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zamirə Ədilova vəzifəsindən ayrıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Zamirə Ədilova sözügedən vəzifəyə 2023-cü ildə təyin olunmuşdu
8 aprelÜlviyyə İlyasova həbs edildi
Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasova həbs edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün belə qərar çıxarıb. Məhkəmə zərərçəkmiş şəxsin şikayətini əsaslı sayıb. Ü.İlyasova barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Ülviyyə İlyasovanın tibb
8 aprelYanğında vəfat edən Könülün qızının vəziyyəti ağırdır
Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır. Axşam.az xəbər verir ki, bu haqda mərhum Könülün anası video paylaşım edib. O bildirib ki, nəvəsi 5 aydır sağalmır və Türkiyəyə müalicəyə göndərilib: . "Qızı
9 aprelBiləsuvarda iki məktəb BAĞLANIR? - Rəsmi açıqlandı
Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən məktəblərlə bağlı yayılan məlumatlara münasibət bildirib. -a istinadən xəbər verir ki, Maliyyə-iqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov bildirib ki, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin həyata keçirilməsind
8 aprelBakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə
Bakı şəhərində yenidən yağışlı hava şəraiti gözlənilir. xəbər verir ki, hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 13 və 14 aprel tarixlərində yağış yağacağı ehtimal olunur. Yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat olmasa da, qeyd olunan günlərdə hava şəraitinin qeyri-sabi
9 aprelNaxçıvanda Ombudsman haqqında qanun ləğv oluna bilər
Naxçıvanda "Ombudsman haqqında" Qanun ləğv oluna bilər. xəbər verir ki, sözügedən məsələ Naxçıvan MR Ali Məclisinin aprelin 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib. İclasda "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Naxçıvan Muxta
8 aprelAnar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı
Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəlad
8 aprel