Polislərin əməkhaqqı artırıla bilər - Deputatdan TƏKLİF
Bu gün təklif olunan məsələlərdən biri də polislərin maaşının artırılmasıdır. Növbəti mərhələdə polislərin maaşı artırılacaqmı?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, polislərimizin maaşının artırılması məsələsi Milli Məclisdə deputat həmkarlarım tərəfindən bir neçə dəfə qaldırılıb:
"Bu gün qorxmadan, təhlükəsiz şəkildə yaşamağımızı polislərimizə borcluyuq. Polislər 24 saat xalqımıza xidmət edir. Onlar bizim təhlükəsizliyimiz üçün hətta həyatlarını belə riskə atırlar. Hər hansı bir binada, ticarət mərkəzində yanğın baş verəndə, avtomobil qəzasında və ya digər hadisələrdə Azərbaycan polisinin canını necə heçə sayaraq insanları xilas etməklərinin şahidi olmuşuq. Eləcə də koronavirus pandemiyası ilə mübarizədə və 44 günlük Vətən müharibəsində Azərbaycan polisi əsl vətəndaşlıq mövqeyini ortaya qoydu. Bilirsiniz ki, 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin 66 əməkdaşı şəhid olub. Əgər Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları cəbhədə düşmənə qarşı döyüşürdüsə, polis əməkdaşları da eyni anda ikinci bir düşmənlə mübarizə aparırdı.Həmin dövrdə bizim gözə görünməyən ikinci düşmənimiz COVID-19 virusu idi. Gözlə görünməyən bu düşmənlə mübarizədə polislərimiz üzüağ çıxdılar".
Deputat vurğulayıb ki, Daxili İşlər Nazirliyinin əməkdaşları bütün şəhər və kəndlərimizdə, o cümlədən işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamaqdadır:
"Bu gün polis və hərbi qulluqçular işğaldan azad edilmiş ərazilərdə öz xidmətlərini yüksək səviyyədə həyata keçirərək dövlətimizin təhlükəsizliyinin xidmətindədirlər. Soyuq, isti demədən cəsur polislərimiz daim Azərbaycan qanunlarının keşiyindədir. Məhz ona görə də düşünürəm ki, polislərin maaşı artırılmalıdır. Düşünürəm ki, polislərin maaşının artırılması ilə bağlı məsələyə baxıla bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1455 Tarix: 23 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əvəz Zeynallı dəfn olundu - Fotolar
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild
29 sentyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabrAzərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub
29 sentyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrAzərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır
30 sentyabr