Metroda qatarlar niyə GECİKİR? - RƏSMİ AÇIQLAMA
Səhər saatlarında metroda qatarların hərəkərində gecikmə müşahidə olunur. Bunun səbəbi nədir?
Mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, sərnişin sıxlığının əsas səbəbi tədris müəssisələrinin açılmasıdır:
"Həftənin əvvəlindən Bakı Metropolitenində sərnişin sıxlığı artıb. Bunun əsas səbəbi Bakı Metropolitenində sərnişin daşımada əsas pay sahibi olan tədris müəssisələrinin müəllim, pedoqoq və tələbə heyətidir. Fevralın ilk günləri metroda sərnişin sıxlığı 650 min civarında idisə, hazırda 750 min sərnişin daşıyır. Qatarların hərəkət intervalında dəyişiklik edilməyib. Sərnişin sıxlığı müşahidə olunsa da, hazırda Bakı Metropoliteni maksimal imkanları ilə hərəkət qrafikini qüvvədə saxlayıb.
Günün pik saatlarında Bakı Metropolitenin "28 May" və "Həzi Aslanov" istiqamətlərində interval 2 dəqiqə ilə tənzimlənir. "Dərnəgül" və "İçərişəhər" istiqamətində isə 2 dəqiqəlik intervalı təmin etmək texniki səbəblərdən qeyri-mümkündür. Çünki intervalların azalması üçün xətlərin ayrılması layihəsi həyata keçməlidir".
Bəxtiyar Məmmədov metroda baş verən yubanmaların səbəbinə aydınlıq gətirib:
"Metrolara nəzarət bu həftədən etibarən artırılıb. Ən çox sərnişin olan stansiyalara əlavə işçi qüvvəsi cəlb olunub. Bu əməkdaşlar vətəndaşların hərəkət rahatlığını təmin edirlər. Monitoriqlər daha da çoxalıb. Tekcə qatarların hərəkəti deyil eyni zamanda sərnişin sıxlığı, eləcə də eskalator və digər texniki qurğuların fəaliyyəti nəzarətə götürülüb.
Hazırda Bakı Metropolitenində ciddi yubanmalar yoxdur. Yubanmalar sadəcə bir neçə saniyədir. Bu yubanmalar daha çox sərnişinin sıxlığı olduğu stansiyalarda baş verir. Xüsusi ilə "Koroğlu" və "20 Yanvar" stansiyasında bu halların qarşısını almaq üçün işçi qüvvəsi təyin olunub. Qatarlarda nasazlığı bu həftə ərzində müşahidə olunmayıb. Onu da qeyd edim ki, nasaz qatar olan zaman Bakı Metropoliteni operativ olaraq sərnişinlərə informasiyanı dərhal verir".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1232 Tarix: 23 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əvəz Zeynallı dəfn olundu - Fotolar
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild
29 sentyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabrAzərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub
29 sentyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrAzərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır
30 sentyabr