İcra hakimiyyətləri ləğv edilib bələdiyyələr ilə əvəzlənsin! - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatında Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. O, bildirib ki, bələdiyyələrin problemlərinin həlli ilə bağlı parlamentə iki qanun layihəsi daxil olub və artıq komitəyə təqdim olunub. Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb. Bəs hansı bələdiyyələr birləşdirilə bilər?
Məsələ ilə bağlı, politoloq Turan Rzayev Sonxeber.az-a açıqlamasında bildirib ki, bu mövzuda icra hakimiyyəti institutlarının taleyi sual altındadır:
" Burada bələdiyyə institutlarının, icra hakimiyyəti institutları ilə əvəzlənməsi, daha doğrusu bələdiyyə institutlarının artırılmasına daha da ehtiyac var. Ən yaxşı nümunə olaraq, qardaş Türkiyədəki variantı göstərmək olar. Ora böyük bələdiyyələr mövcuddur. Kiçik bələdiyyələrin hamısı böyük şəhər bələdiyyələrinə tabedirlər. Bələdiyyələrin özləri nəqliyyat, təhsil, səhiyyə məsələsində sərbəstlikləri var. Tam bir federallaşma olmasa da, unitar, federal, hibrid bir sistem kimi yaradıla bilər. Hesab edirəm ki, indiki məqamda rayonların tam olaraq ləğv edilməsinə ehtiyac yoxdur. Amma ümumrespublika səviyyəsində rayonlarımızın sayı çoxdur. Bu rayonların idarəetmələri böyük şəhər bələdiyyələri üzrə aparıla bilər. Bu həm kadr baxımından yeni iş yerlərinin açılmasına, həm də iqtisadi baxımında rayonların tabe olduqları şəhərlərin inkişaf etməsinə gətirib çıxara bilər. Prinsip etibarilə bu həm də Bakı və ətraf ərazilərə olan axının qarşısını alacaqdır. Bakının günü-gündən əhali sayının artmasına müəyyən mənada qarşısını alar. O ərazilər inkişaf edəcəyi təqdirdə insanlar orada qalıb işləyə bilər".
Qeyd edək ki, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək. Böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1985 Tarix: 23 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əvəz Zeynallı dəfn olundu - Fotolar
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild
29 sentyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabrAzərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub
29 sentyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrAzərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır
30 sentyabr