"Bu gün Xocalıda tapılan kütləvi məzarlıq ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərin bir hissəsidir" - DEPUTAT

"Bu gün Xocalıda tapılan kütləvi məzarlıq ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərin bir hissəsidir" - DEPUTATXəbər verdiyimiz kimi Xocalı rayonu ərazisində kütləvi məzarlıq aşkar edilib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı faciəsidir:

"Xalqımızın qəlbində sağalmaz izlər qoyan Xocalı soyqırımı heç zaman milli yaddaşımızdan silinməyəcək. Tarix boyu ermənilər xalqımıza qarşı müxtəlif cinayətlər və soyqırımlar törədiblər. Ermənilər bizə qarşı olan nifrət hisslərini hər zaman etiraf ediblər. Xocalı soyqırımını bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Misli görünməmiş bu qətliam erməni faşizminin iç üzünü bütün dünyaya nümayiş etdirir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalıya hücümu zamanı şəhər bir gecədə yerlə-yeksan edildi, dinc sakinləri qətliama məruz qaldı. 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlumdur. Xocalı soyqırımı kütləvi insan qırğınına görə Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi tarixin dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq və unutdurmayacaq. Bu vəhşiliyi törətmiş cinayətkarlar həm Azərbaycan xalqı, həm də bəşəriyyət qarşısında cavab verəcək".

Deputat vurğulayıb ki, bu gün Xocalı rayonu ərazisində tapılan kütləvi məzarlıq, əl-ayaqları bağlı uşaq və qadınlara aid qalıqlar ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərin bir hissəsidir:

"44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mərd oğulları tək ərazi bütövlüyümüzü bərpa etmədi, həm də Xocalı faciəsi qurbanları daxil olmaqla bütün şəhidlərimizin qisasını aldı. Xocalı soyqırımının dünyada tanınmasında cənab prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub. Həmçinin Xocalı soyqırımının bütün dünyada tanınmasında Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyasının mühüm rolu var. 2008-ci ildən başlanılan bu beynəlxalq kampaniyanın əhəmiyyəti böyükdür. "Xocalıya ədalət" beynəlxalq kampaniya çərçivəsində bu soyqırımla bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Bu gün qarşıya qoyduğumuz hədəflərdən biri də 30 il əvvəl Xocalıda baş verən cinayətin bütün dünyada soyqırım kimi tanıdılmasıdır. Düşünürəm ki, istiqamətində fəaliyyətimizi davam etdirməliyik. Hazırda "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının tanıdılması və bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi olduqca vacibdir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu faciəyə biganə qalmamalı, bu dəhşətli faciəni törədənlərin hər biri layiq olduğu cəzanı almalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1020   Tarix: 23 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr