Polis və hərbiçilər üçün TikTok QADAĞAN EDİLİR? - AÇIQLAMA
Sosial şəbəkələrdə, xüsusi ilə TikTok-a son zamanlar polis və hərbiçi formaları ilə paylaşıkan videoların sayı artıb. Polis əməkdaşı və hərbiçilərə TikTok və digər sosial şəbəkələr qadağan oluna bilərmi?
Məsələ ilə bağlı "Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, hərbiçi və polis əməkdaşı olmayan şəxsin formalardan istifadəsi yolverilməzdir
"Hərbiçi və polis əməkdaşı olmayan şəxsin formalardan istifadəsi yolverilməzdir. Hərbiçi hərbi hissədə olmaldır. Hərbiçinin hərbi hissədən kənara çıxması qadağandır. Ancaq həmin şəxslərə kiçik müddətli məzuniyyət verilir. Bu hərbiçilərin nizamnaməsində də qeyd olunub. Məzuniyyətə çıxmış hərbiçinin forma ilə küçələlərdə videolar çəkməsi TikTok istifadəsi arzuolunan deyil Əlbəttə bu qadağan oluna bilməz. Hər bir vətəndaşın telefondan və sosial mediadan istifadə etmək hüququ var . Amma ictimai qınağa çevrilə bilər. Bu hallar hərbiçilərin vəzifə funksiyalarına sığmır. Hərbiçi öz hərəkətləri və danışığı ilə fərqlənməlidir".
"Polisə dəstək" İctimai Birliyinin sədri polisin vəzifədən kənar hərəkəti məsuliyyət yaratdığını bildirib:
"Polis əməkdaşı da daim formada olmalıdırlar. Polisin formada olan zaman hər hansısa video çəkməsi onun vəzifə öhdəliklərinə sığmır. Post-patrul xidməti maşınında əyləşən polis nəyə cavabdeh olduğunu bilir. Onlar arasında isə TikTok və digər sosial media şəbəkələrindən istifadə ilə bağlıl bir tapşırıq yoxdur.
Belə bir hal baş verdikdə ilk növbədə onlara irad tutula və xəbərdarlıq edilə bilər. Çünki polis dövlət tərəfindən təyin edilmiş və vətəndaşların təhlükəsizliyinə cavabdeh olan şəxsdir. Polis hər hansısa bir hadisənin qarşısını almaq üçün öz əməyini sərf etməlidir. Sabitlikdən istifadə edib özünəməxsus "peşə" ilə məşğul olmaq qadağandır. Həm polis, həm də əməliyyat axtarış haqqında qanunda polisin hüquqları kifayət qədər aydın şəkildə ehtiva edilib. Polisin vəzifədən kənar hərəkəti məsuliyyət yaradır. Bütün polislərə xidmətə başlayan zaman bu məlumatlar verilir. Polis öz formasında olduğu zaman hərəkləri ilə ətrafa nümunə olmalıdır.
TikTok-dan istifadə hazırda məktəb, universitet və ailələrin həyatında yer alıb. Bu sosial şəbəkə tamami ilə olmayan şeyləri təıbliğ edirlər. Bu halların qarşısının alınması cəmiyyətimiz üçün sərfəlidir. Nazirlər Kabinetinin bu sahədə normativ-hüquqi qanun yaradılması məqsədəuyğundur".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Oktyabrda hava necə olacaq?
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir
Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Dünyaca məşhur aktyordan Hande Erçelə sürpriz həmlə!