"Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi ən böyük və dəhşətli cinayətlərdən biridir" - Emil Əkbərov
"Bu gün Xocalıda tapılan əl-ayaqları bağlı uşaq və qadınlara aid qalıqlar ermənilərin necə vəhşi bir millət olduğunu bir daha sübut edir"
Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.
Emil Əkbərov qeyd edib ki, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi ən böyük və dəhşətli cinayətlərdən biridir:
"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücümu zamanı şəhər bir gecədə yerlə-yeksan edildi, dinc sakinləri isə qətliama məruz qaldı.106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlumdur. Xocalı soyqırımı kütləvi insan qırğınına görə tarixin dəhşətli faciələri ilə eyni sırada dayanır. Xocalı soyqırımı tək azərbaycanlılara qarşı deyil, həm də insanlıq əleyhinə yönələn ümumbəşəri cinayətdir. Həmçinin bu soqırım ermənilərin yüzilliklər boyu türk və Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Xocalıda törədilən vəhşilik erməni xalqının əsil simasını ortaya qoyur".
Emil Əkbərov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu Xocalıda və digər rayonlarda vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın qisasını aldı:
"Xocalıda erməni barbarları tərəfindən vəhşicəsinə qətlə yetirilən qadınlarımızın, uşaqlarımın və körpələrimizin qısası alındı. 44 günlük Vətən müharibəsi və keçirilən antiterror tədbirləri zamanı Azərbaycan Ordusu döyüş meydanında düşməni diz çökdürməklə gücünü və qüdərətini bütün dünyaya nümayiş etdirdi".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 848 Tarix: 23 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əvəz Zeynallı dəfn olundu - Fotolar
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild
29 sentyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabrAzərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub
29 sentyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrAzərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır
30 sentyabr