Kamil Hüseynov Şuşaya işıq çəkən sahibkarın 5 milyon manatını mənimsəyib? - ŞOK İTTİHAM

Kamil Hüseynov Şuşaya işıq çəkən sahibkarın 5 milyon manatını mənimsəyib? - ŞOK İTTİHAM"Azərişıq" Qarabağa işıq çəkən sahibkarın çırağını söndürüb

Vətən Müharibəsindən dərhal sonra, cəmi 37 günə Şuşaya işıq çəkməyi bacarmış, Zəngilanın Ağalı kəndinə və işğaldan azad edilmiş digər ərazilərimizin elektirikləşməsində müstəsna xidmətlər göstərmiş "Enerji Constraction" şirkətinin haqqı ödənməyib! Pulu verməyən isə "Azərişıq" prezidenti Vüqar Əhmədovun ən yaxın dostu Kamil Hüseynovdur. "Enerji Constraction"MMC-nin təsisçisi, Laçında doğulmuş Yusif Eldar oğlu Yusifli "Yeni Müsavat"a deyib ki, sevinc içində, var qüvvəsi ilə gördüyü işlərə görə ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı pulu ödəməyiblər!!!

Sahibkarın sözlərinə görə 2020-ci ildə "Dost Group" MMC-ni təsis edib və işə başlayıb. Sonradan MMC-nin adını "Enerji Constraction"a dəyişib:

"Təsisçi olmaqla bərabər MMC-nin direktoru da olmuşam. Şahin Mollayev vasitəsi ilə Kamil Hüseynovla tanış oldum. Kamil Hüseynov özünü mənə "Azərişıq" sədrinin ən yaxın dostu olaraq tanıtdı. Mənimlə tanış olandan sonra Kamil Hüseynov dedi ki, "Azərişığ"ın rayonlarda, işğaldan azad edilmiş Qarabağda görəcəyi işlər var, həmin işləri görə bilərsən? Mən də tapşırılan işləri görə biləcəyimi dedim. İlk olaraq Şəmkirin Qapanlı, Bayramlı, Gədəbəyin Qasımlı, Əyrivəng kəndləri təqdim olundu. Kəndlərdə görüləcək işlərin smetasını çıxarıb Şahin Mollayevə, o da Kamil Hüseynova təqdim etdi. Bundan az sonra Kamil Hüseynovla görüşdük, iş həcmləri, smetaları bir daha təqdim etdim, görüləcək işlərin qiymətləri ilə razılaşdıq və işə başladıq. Mənə dedi ki, işə başlayandan sonra görülmüş işlərin smetasını təqdim edəcəksən, həmin görülən işlərin dəyərinin üzərinə 10 faiz qoyulmaqla sənə veriləcək.

Məsələn, işin maya dəyəri 100 min manat olacaqsa, onun üzərində 10 faiz qazanc veriləcək. Mən də işləri görməyə başladım. Zavoddan borca transformatorlar, dayaqlar götürdüm. Bu işləri görmək üçün böyük vəsait lazım idi. Ona görə də dost-tanışlardan borc aldım, mağazalara, bazardakı iş adamlarına gördüyümüz işləri göstərib lazım olan mal-materialları borca götürdüm.

İşləri görüb qurtarandan sonra "Azərişıq" nümayəndələri, yerli, regional "Azərişıq" idarələrinin rəisləri gəldilər. "Enerji Constraction"la "Azərişıq" arasında rəsmi müqavilə bağlandı, gördüyüm işlərin Forma 2-ni "Azərişıq"a təqdim etdim. Yerli şəbəkənin, regional şəbəkənin və "Azərişıq"ın rəhbər şəxsləri Forma 2-ləri və sənədləri qəbul etdilər. Bütün gördüyümüz işlərə baxış keçirib təhvil aldılar.

Sahibkar deyir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ azad edildikdən sonra "Azərişıq" rəhbərliyindən ona Şuşaya işıq çəkmək təklifi gəlib: "Qarabağın, Şuşamızın alınması hər kəs kimi bizi də sevindirir. Bu iş təklifi gələndə can-başla razılaşdıq. Bilirdik ki, ərazi minalanıb, ərazidə işləyəcək işçi briqadalarımıza, maşın-texnikalarımıza təhlükə var, bununla belə 1 gün fasilə vermədən işə başladıq. 2020-ci ilin dekabrında artıq işə sahədə start vermişdik.

Çox qısa müddətə Füzulidən Şuşaya yüksək gərginlikli elekrtik xəttləri çəkdik. Mən Qarabağda tapşırılan işləri gördüyüm müddətdə maliyyə məsələlərini Kamil Hüseynov öz üzərinə götürdü. O, özünü "Azərişıq" rəhbərinin ən yaxın dostu kimi təqdim etdiyindən, ona inamım vardı. Ödənişlər, müqavilələr Kamil Hüsyenovun rəhbərliyi altında həyata keçirildi".

Sahibkar deyir ki, "Azərişıq" rəhbəri Vüqar Əhmədov onun gördüyü işlərə şəxsən diqqət göstərib, əraziyə gələrək görülən işlərin gedişatı ilə maraqlanıb: "Qarabağda işlədiyimiz müddətdə özü şəxsən gördüyümüz işlərlə maraqlanırdı, zəng edirdi, hər bir işçinin sıxıntısı, çətinlikləri ilə maraqlanırdı. Ödənişlərin vaxtında verilməsi tapşırıqları verirdi. Vüqar Əhmədovun tapşırığı əsasında işləri görüb "Azərişıq"a təhvil vermişik. Ödənişlər "Enerji Constraction"a gəlib, lakin Kamil Hüseynov görülən işlərin pulunu mənə ödəməyib. Halbuki, əlimdə görülən işlərin həcmləri, sənədlər var. Yalandan deyir ki, guya o, işləri görməmişik. Dəfələrlə yoxlanılıb, təsdiq olunub ki, işlər görülüb, yerli şəbəkələr müvafq yoxlamalar aparıb və görülən işləri təhvil alıblar.

Basdırdığımız dayaqlar sayılıb, çəkdiyimiz kabellərin hər bir metrəsi ölçülərək təhvil alınıb. Bütün görülən işlər sənədlərdə əksini tapıb. Bəzi işlər var ki, ödənişi ümumiyyətlə edilməyib. Kamil Hüseynova demişəm ki, vəsait, ödəniş lazımdır, çünki borc aldığım adamlar məni sıxır, evimə gəlir, məni narahat edirlər. Kamil Hüseynov da deyib ki, görülən işlərə görə hələ müqavilə bağlanmayıb, müqavilə bağlanandan sonra ödəniş olacaq. Sonradan öyrəndim ki, gördüyüm işlərə görə müqavilələr başqa firmalarla bağlanıb. Pul başqa firmalara köçürülüb və oradan da mənimsənilib".

Sahibkar hesab edir ki, bu məsələlərdən Vüqar Əhmədovun məlumatı yoxdur, baş verənlər onun yaxın dostu Kamil Hüseyovun öz oyunudur: "Vüqar Əhmədov tapşırıq verib, iş mənə verilib, surətlə müqavilələr bağlanıb, işlərin tez bir zamanda görülməsi üçün əlindən gələni edib, ödənişlər də olunub. Lakin Kamil Hüseynov tərəfindən həmin ödənişlər mənə çatdırılmayıb, mənimsənilib".

Sahibkar deyir ki, bəzi işlərin vaxtında görülməməsi Kamil Hüseynovun vaxtında ödəmələri etməməsi ilə bağlı olub: "2 aya görəcəyimiz iş 5 aya qədər uzanırdı. Çünki ödənişlər edilmirdi. İcarəyə götürdüyümüz maşın-texnikalar da boş dayanırdı. Amma məcbur qalıb ödənişləri özümüz edirdik. Hər dəfə də deyirdi ki, işlə, işləri gör, pulun verləcək. Mən də işləmişəm. 5 milyon manatdan yuxarı borc yaranıb. Bü gün mən "Enerji Constraction" təsisçisi olsam da, şikətin direktoru Kamil Hüseynovun öz adamıdır. Şirkətə yaxınlaşan işçilərə də deyirlər ki, pulu Yusifə – guya mənə ödəyiblər. Amma pulu harda, necə ödədiklərini deyən yoxdur. Mən də deyirəm ki, sənəd verin. Mənim ödənişlərimi ödəyin".

Sahibkar deyir ki, Kamil Hüseynov 1 ildən artıqdır ki, onunla görüşməkdən yayınır: "Telefon zənglərimə də cavab vermir. Qəbuluna gedirəm, qəbul etmir. Mən üzərimə düşən işləri artıqlaması ilə görmüşəm. Ali Baş Komandanın rəhbərliyi altında, Qarabağda işlərin tez bir zamanda görülməsi üçün üzərimə düşən işləri vaxtında və vicdanla yerinə yetirmişəm. Hərbi hissələr, həyati vacib obyektlərin işıqlanması üçün əlindən gələni etmişəm.

37 günə Füzulidən Şuşa şəhərinə, Kəlbəcərin Alagöllər kəndinə elektrik çəkmişik, qarın hündürlüyü 2 metrə çatdığı bir vaxtda fasilə vermədən işə davam etmişik. Doğulduğum Laçına ilk işıq xəttini çəkmişəm. Zəngilanın Ağalı kəndinə işığı mən "Enerji Constraction" olaraq çəkmişəm. Bunu yerli şəbəkələr də, Qarabağ Regional Eneji İdarəsi də təsdiqləyir. İşləri görən mən olmuşam, amma ödənişlər başqa firmalara olub və pulu da oradan nağdlaşdırıb götürüblər. Ona görə də çox acınacaqlı duruma düşmüşəm. Vəd verirlər, ödənişlərimi vermirlər".

Sahibkar deyir ki, 2023-cü ildə komissiya yaradılıb və guya komissiya gedib yenidən yerində araşdırma aparıb borcunu ödəyəcəklərini vəd ediblər: "Komissiya getdi, araşdırdı, qayıtdı gəldi. Mən bu işi mənasız sayırdım. Çünki mən bütün işləri bir-bir təhvil vermişəm. Yoxlayıb təhvil götürüblər. Təhvil götürdükləri işləri bir də saydılar, yoxladılar. Təklif etdim ki, gəlin, akt bağlayaq, imzalayaq. Dedilər ki, akt bağlaya bilməzlər, bunun üçün Kamil Hüseynov icazə verməlidir.

Heç bir üzləşmə aktı vermirlər, mənimlə hesablaşmırlar. Mənim vəziyyətim olduqca pisdir, borc, mal-material sahibləri qapıma gəlir, məndən şikayətlər edirlər. Ona görə də ölkə rəhbərliyinə, Ali Baş Komandana, "Azərişıq" rəhbəri Vüqar Əhmədova müraciət edirəm: Sizlərin xoş niyyətinizdən, güvəncinizdən istifadə edib ətrafınızdakı insanlar yalan danışır, bizim kimi iş adamlarının, Qarabağda əziyyət çəkənlərin haqqına girirlər. Mənim Qarabağda 250 nəfərə yaxın işçim işləyib. Onlardan 30 nəfərə yaxını Vətən Müharibəsinin iştirakçıları olub. Hamımızın haqqını girdilər, pulumuzu vermədilər".

Sahibkar deyir ki, Şuşaya işıq çəkilməsi ilə bağlı dövlət televiziyası qısametrajlı sənədli film çəkib və efirə verib. Vüqar Əhmədovdan xahiş edir ki, ən yaxın dostu Kamil Hüseynovun onu aldatmasının qarşısını alsın: "Kamil Hüseynov pulları mənimsəyib. Yalandan deyir ki, bizim Yusifə borcumuz yoxdur. Mən ortaya sənəd qoyuram. Onlar isə boş sözlərdən başqa heç nə qoya bilmirlər. Çünki mənə çatacaq pullar Kamil Hüseynov tərəfindən mənimsənilib. Xahiş edirəm ki, Vüqar Əhmədov bu məsələyə son qoysun, mənə çatacaq pulların ödənməsini təmin etsin".

P.S Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq./musavat.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5732   Tarix: 23 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr