Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda 65 minlik şübhəli satınalma: Qalib MMC-lər kimindir?

Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda 65 minlik şübhəli satınalma: Qalib MMC-lər kimindir?Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu 2023-cü ilin dekabr ayının 15-də "Maşın və avadanlıqların satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 43.060 manat, qalibi isə "AKASİYA RR CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1506535021) olub.

"AKASİYA RR CORP" MMC İnstitutun sözügedən satınalmasından iki ay əvvəl - 2023-cü ilin oktyabr ayının 2-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli ev 57 ünvanı, qanuni təmsilçisi isə Həsənov Murad Əkbər oğludur.

"AKASİYA RR CORP" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müvafiq lisenziyaları, faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.

Həsənov Murad Əkbər oğlunun təsisçisi olduğu daha bir təşkilatla - "KASKAD-DEN GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1806467141) ilə Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu arasında 2023-cü ildə daha bir satınalma müqaviləsi imzalanıb.

Belə ki, İnstitut 2023-cü ilin noyabr ayının 17-də "Bioloji aktivlər" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 22.760 manat təşkil edib. Satınalmada yuxarıda qeyd edilən kimi "KASKAD-DEN GROUP" MMC qalib elan edilib.

"KASKAD-DEN GROUP" MMC Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun 2023-cü ilin dekabr ayının 15-də "Maşın və avadanlıqların satınalınması" lotu üzrə keçirdiyi satınalmada qalib elan etdiyi "AKASİYA RR CORP" MMC ilə eyni tarixdə - 2023-cü ilin oktyabr ayının 2-də qeydiyyata alınıb.

Şirkətin hüquqi ünvanı başqa (Sabunçu rayonu, Eldar Xəlilov ev 3) olsa da, qanuni təmsilçisi eyni şəxsdir - Həsənov Murad Əkbər oğlu.

Bu şirkətin də fəaliyyət profili barədə heç bir məlumat verilmir.

Eyni tarixdə yaradılan, qanuni təmsilçisi eyni şəxs olan MMC-lərin Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun sifarişçi olduğu satınalmalarda qalib gəlməsi bir sıra suallar yaradır.

Qlobal.az məsələ ilə bağlı Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutundan mövqe öyrənmək istəsə də, qarşı tərəf bu barədə danışmaq istəmədi.

Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda auditin nə zaman aparılması ilə bağlı Qlobal.az Hesablama Palatasından mövqe öyrənib.

Hesablama Palatasının açıqlamasında deyilir:

"Hesablama Palatası tərəfindən 2022-2023-cü illərdə Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda audit aparılmamışdır".

Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu 1977-ci ildən fəaliyyət göstərir.

İnstitutunun 8 şöbəsi, 4 laboratoriyası var.

Xatırladaq ki, Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun direktoru Vüqar Səlimovdur.
Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda 65 minlik şübhəli satınalma: Qalib MMC-lər kimindir?Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda 65 minlik şübhəli satınalma: Qalib MMC-lər kimindir?Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda 65 minlik şübhəli satınalma: Qalib MMC-lər kimindir?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1215   Tarix: 23 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr