"Qəbələ" klubu yeni baş məşqçisini açıqlayıb

"Qəbələ" klubu yeni baş məşqçisini açıqlayıb"Qəbələ" klubu yeni baş məşqçisini açıqlayıb.

"Report" xəbər verir ki, Elmar Baxşıyevin istefasından sonra boş qalan posta gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze təyin edilib.

55 yaşlı çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanıb. Tsxadadzenin köməkçisi vəzifəsində George Çixradze çalışacaq. O, 2011-2015-ci illərdə ölkəmizdə "Simurq"un baş məşqçisi olub.

Futbolçu kimi Gürcüstanın "Metallurq" (Rustavi, 1984-86, 1987), "Dinamo" (Tbilisi, 1986), "İberiya" (1988-91), "Lokomotiv" (Tbilisi, 2000-02), İsveçin "Sundsvall" (1991), Rusiyanın "Spartak" (Moskva, 1992), "Dinamo" (Moskva, 1992), "Alaniya" (1997), "Anji" (2003-04), Almaniyanın "Ayntraxt" (Frankfurt, 1993-96), İngiltərənin "Mançester Siti" (1998-2002) klublarında çıxış edən Tsxadadze MDB (1992) və Gürcüstan (1991-98) millilərinin formasını geyinib. O, 1990 və 1991-ci illərdə Gürcüstan, 1992-ci ildə Rusiya çempionu adını qazanıb.

Azərbaycanda "Standard" (2008) və "İnter"in (2009-14) baş məşqçisi olmuş mütəxəssis çalışdırıcı karyerasına 2001/2002-ci illərdə Tbilisi "Lokomotiv"ində başlayıb. Həmin vaxt oynayan məşqçi funksiyasını yerinə yetirən Tsxadadze sonradan vətənində "Dinamo" (Tbilisi, 2005-06, 2021-22), "Sioni" (2006-07), Qazaxıstanda "Kayrat" (2016-17), "Ordabası" (2018-20), "Kaspi" (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.

Onun rəhbərlik etdiyi komandalar 2004/2005 və 2005/2006 mövsümlərində Gürcüstan, 2009/2010 mövsümündə Azərbaycan çempionu, 2017-ci ildə Qazaxıstan Superkubokunun qalibi olub.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 831   Tarix: 25 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Messi futbolda ilk dəfə varisini AÇIQLADI

Lionel Messi ilk dəfə olaraq öz yolunu təkrarlaya biləcək futbolçu haqqında açıq danışıb. 38 yaşlı hücumçu müsahibəsində bildirib ki, o, 17 yaşlı Lamin Yamalda sadəcə istedadlı gənci deyil, özünün tam surətini görür. Bu açıqlama Argentina prezidentinin Messini yenidən futbol tarixinin ən böyük oyunçus

10 may
.

"Sabah" son 18 mövsümdə bunu bacaran ilk klub oldu

"Sabah" son 18 mövsüm ərzində Azərbaycan futbolunda ilk çempionluğunu yaşayan yeganə komandadır. Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməyib. Masazır təmsilçisinədə

1 may
.

"Sevinən tərəf olmaq istəyirik"

"Üçüncü dəfədir ki, kubokun finalına çıxırıq. Əvvəlki iki matçda məğlub olmuşuq. Birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzmuşuq". xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində bildirib. O qey

8 may
.

DÇ-2026: Fasilədə Madonna, Şakira və BTS oxuyacaq

Məşhur müğənnilər Madonna və Şakira, eləcə də Cənubi Koreyanın BTS qrupu 2026-cı il futbol üzrə dünya çempionatının final oyununun fasiləsində səhnə alacaqlar. Qaynarinfo xəbər verir ki, bu barədə məlumat turnirin rəsmi "X" hesabında yayımlanıb. Qeyd olunur ki, fasilə şousu FIFA-nın Qloba

14 may
.

"Qarabağ"ın zədələnən futbolçusu üçün mövsüm bitdi

"Qarabağ"ın futbolçusu Coni Montiel bu gün əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Zədəsi ciddi olan futbolçu 1 ay yaşıl meydanlara qayıtmayacaq. Montiel üçün mövsüm artıq başa çatıb. Qeyd edək ki, Montiel Misl

1 may
.

Qurban Qurbanovun əsas heyətdən qovduğu oyunçu Belçikaya getdi

"Qarabağ"ın futbolçusu Sami Mmae komandanın düşərgəsini tərk edib. "Qafqazinfo"-nun əldə etdiyi məlumata görə, o, ölkəsinə yollanıb. Belə ki, belçikalı forvard şəxsi işləri ilə əlaqədar baş məşqçi Qurban Qurbanovdan icazə alıb. S.Mmae yenidən Azərbaycana qayıdacaq. Lakin onun Ağda

1 may
.

Dünya çempionu Tunar Axundzadəyə iki nüfuzlu hakim adı verildi

Kyokushinkai Karate üzrə dünya çempionu Tunar Axundzadə növbəti uğura imza atıb. 2022 ci ildə dünya çempionatında 1-ci yerə layiq görülən idmançı bu dəfə hakimlik fəaliyyəti ilə diqqət mərkəzinə düşüb. Belə ki, o, beynəlxalq arenada göstərdiyi peşəkar hakimlik fəaliyyətinə görə "İlin hakimi"

2 may
.

Roland Hofer: "Bakı-Xankəndi velosiped yarışında komandalar 4 qitəni əhatə edir"

Bakı-Xankəndi velosiped yarışında komandalar 4 qitəni əhatə edir. "Report"un məlumatına görə, bunu Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının texniki direktoru Roland Hofer mətbuat konfransında bildirib. O, yarışa son hazırlıqları dəyərləndirib:. "Çox xoşbəxtəm ki, yenidən qayıtmışı

9 may
.

"Ayaks" və Niderland millisinin sabiq üzvü "Qarabağ"da?

Cənubi Kiprin "Pafos" klubunda çıxış edən qapıçı Cey Qorter karyerasını Azərbaycanda davam etdirə bilər. Qaynarinfo Niderland mediasına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "Qarabağ"ın maraq dairəsinə düşüb. Məlumata görə, Cey Qorterin mövsümün sonunda "Pafos"da

5 may