Psixi və nevroloji əlil olan şəxslərə hansı sosial xidmətlər göstərilir? -CAVAB
Əlilliyi olan şəxslər üçün irqindən, dinindən, dilindən, cinsindən və mənşəyindən asılı olmayaraq müavinat ayrılır. Sosial müavinatlar əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün verilir. Sosial müavinatlar müxtəlif xəstəliklərə görə təyin olunur. Bəs psixi və nevroloji xəstəliklər nəticəsində əlilliyi yaranmış şəxslərə hansı sosial xidmətlər göstərilir?
Məsələ ilə bağlı Tanınmış teleaparıcı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Murad Həşimov Sonxeber.az-a açıqlama verib
O bildirib ki, psixi və nevroloji xəstəliklər nəticəsində əlilliyi yaranmış, sosial xidmətə ehtiyacı olan vətəndaşlarımız da daim dövlətin diqqət mərkəzindədir:
"Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq davamlı həyata keçirilən sosial dəstək tədbirləri həssas əhali qruplarından olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial reabilitasiyası və reinteqrasiyasına hesablanıb. Bu istiqamətdə son illər mühüm sosial layihələr icra olunub və bu işlər davam etdirilir. Psixi və nevroloji xəstəliklər nəticəsində əlilliyi yaranmış, sosial xidmətə ehtiyacı olan vətəndaşlarımız da daim dövlətin diqqət mərkəzindədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 psixonevroloji sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Sakinlərin stasionar şəraitdə rahat yaşayışı və sosial-reabilitasiyası üçün müasir şəraitin yaradıldığı bu müəssisələr Göygöl rayonu, Şamaxı və Gəncə şəhərləri, həmçinin Xəzər rayonu Buzovna qəsəbəsində yerləşir.
Murad Həşimov bildirib ki, ümumilikdə 543 şəxs dövlət qayğısı ilə əhatə olunur:
"Hazırda bu müəssisələrdə ümumilikdə 543 şəxs dövlət qayğısı ilə əhatə olunur. Onlardan 262-si kişi, 281-i qadındır. Psixonevroloji sosial xidmət müəssisələrində psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslərə stasionar formada sosial xidmətlər göstərilir.
Həmin müəssisələrdə bu kateqoriyadan olan vətəndaşlarımız sosial-tibbi, sosial- hüquqi, sosial-psixoloji xidmətlərə cəlb edilməklə yanaşı, keyfiyyətli ərzaq məhsulları, təmiz geyim və yataq dəstləri ilə təmin olunurlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir
Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA