Beş uşağını təhsildən yayındıran ana 15 yaşlı qızını 32 yaşlı əmisi oğluna NİŞANLAYIB
Azərbaycanda daha bir erkən nikahın qarşısı alınıb. Bu dəfə Abşeron rayonunda ana 15 yaşlı qızını 32 yaşlı əmisi oğluna nişanlayıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar İctimai Birliyinin rəhbəri məlumat verib.
Onun sözlərinə görə, 15 yaşlı qızın 32 yaşlı şəxslə nişanlanaraq tez bir zamanda evləndirilməsi məsələsindən xəbər tutan kimi qeyri-qanuni izdivaca müdaxilə edib:
"Bərdə rayonundan bu məlumatı mənə vermişdilər. Amma bildirirdilər ki, ailə artıq Bakı şəhərində, Abşeron ərazisində məskunlaşıb. Ananın himayəsində olan 5 uşağın hər biri təhsildən yayındırılıb. Çünki artıq 4 aya yaxındır ki, qadın uşaqları ilə Bakıdadır. Ərinin pis vərdişlərə aludə olduğu bildirilir.
Məsələnin araşdırılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Onlar da öz tərəflərindən həm Abşeron Rayon İcra Hakimiyyətinə, həm də Abşeron Rayon Polis İdarəsinə məlumat verdilər. Ananın harada olduğu aşkarlanıb. Həqiqətən də ana 15 yaşlı qızını 32 yaşlı öz əmisi oğluna nişanlayıb. Həmçinin cütlüyə "isti" münasibətlər üçün bütün lazımi şəraiti yaradıb. Onu da deyim ki, qız oxumaq istəyir".
Kəmalə Ağazadə Daxili İşlər Nazirliyinə səslənərək qurum tərəfindən məsələ ilə bağlı təhqiqat işlərinə başlanılmasını istəyib:
"Qıza qarşı təcavüzün və ya seksual hərəkətlərin olub-olmaması ilə bağlı təhqiqat işi və araşdırma aparılsın", - deyə Kəmalə Ağazadə qeyd edib.
Daxili İşlər Nazirliyindən isə sorğumuza cavab olaraq, məsələnin araşdırıldığı bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1247 Tarix: 26 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd
29 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrAzərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar
30 sentyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrDaşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
29 sentyabr