Rusiyada daşınmaz əmlakdan ən çox kimlər pul qazanır? - Azərbaycanlılar ilk onluqda
Əvvəlki illərdə olduğu kimi ötən ildə də Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri "Kievskaya ploşad" şirkəti olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan "Forbes" jurnalının rus dilində çıxan nəşri tərəfindən hazırlanan "Rusiyanın daşınmaz əmlak kralları" adlı hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, həmyerlilərimizə məxsus "Kievskaya ploşad" şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1 milyard 760 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə onların daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlir 160 milyon dollar artıb.
Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan "Evropeyskiy" ticarət mərkəzi (180 min kvadrat metr) və "Fud siti" kooperativindən (930 min kvadrat metr) əldə olunub. Hazırda "Kievskaya ploşad" şirkətinin sərəncamında ümumi sahəsi 2 milyon 254 min kvadrat metr olan ticarət mərkəzləri, 148 min kvadrat metr olan ofis sahələri, 348 min kvadrat metr olan anbarlar və 1 550 otaqdan ibarət otellər var.
Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci ildə Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.
"Rusiyanın daşınmaz əmlak kralları"nın ilk onluğunda daha bir azərbaycanlı – "Krokus Qrup" şirkətinin sahibi Araz Ağalarov da yer alıb. Araz Ağalarov ötən il icarədən əldə etdiyi gəlirlərini 15 milyon dollar artıraraq 255 milyon dollarlıq gəlirlə 7-ci sıraya yüksəlib.
Qeyd edək ki, Araz Ağalarova məxsus daşınmaz əmlaklara "Krokus Ekspo" (1 milyon 40 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən "Vegas" ticarət mərkəzi (480 min kvadrat metr) daxildir. Bundan başqa, Ağalarovun nəzarətində 225 otaqlı otel və 781 min kvadrat metr sahəsi olan ticarət mərkəzi də var.
2022-ci ildə olduğu kimi ötən ildə də "Daşınmaz əmlak kralları" adlı hesabatda 2-ci sırada erməni əsilli iş adamı Samvel Karapetyan qərarlaşıb.
Onu da bildirək ki, 2022-ci ildə Zarax İliyev və Qod Nisanovun gəlirləri ikinci sırada olan Samvel Karapetyanın gəlirlərindən 1 milyard dollar çox idisə, ötən il bu fərq 1 milyard 120 milyon dollara yülksəlib.
Rusiyada "Daşınmaz əmlak kralları"nın ilk onluğunu təqdim edirik:

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1922 Tarix: 26 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd
29 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrAzərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar
30 sentyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrDaşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
29 sentyabr