Acun İlıcalı Ronaldinyoya "Survivor" üçün nə qədər pul ödəyib?
Əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun "Survivor"da iştirakı Türkiyədə olduğu kimi, Braziliyada da böyük marağa səbəb olub.
Sosial mediada Ronaldinyonun "Survivor"a qatılması üçün aldığı məbləğlə bağlı iddialar gündəmə gəlib.
Braziliya mətbuatında yer alan iddialara görə, "Survivor"un aparıcısı, türkiyəli iş adamı Acun İlıcalı Ronaldinyoya oyunda iştirakı üçün 100-150 min dollar (170 min-255 min manat) ödəyib.
"1 milyon dollarlıq ödənişli rəqabət mühitində Ronaldinyo futbol istedadı ilə yanaşı, digər sahələrdə də necə fərqlənə biləcəyini sübut etməklə diqqətləri üzərinə çəkdi", - deyə yerli nəşrlərdən birində bildirilib.
Bu iştirak təkcə braziliyalı azarkeşlərin deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Keçmiş futbolçunun bütün dünyada hələ də çox sevilən və populyar bir sima olaraq qaldığı vurğulanıb.
Xatırladaq ki, ötən günlərdə Acun İlıcalı hər kəsi təəccübləndirən sürpriz edib və Ronaldinyonun proqramın qonağı olacağını açıqlayıb. Dünya şöhrətli ulduz futbolu tərk edəndən illər sonra yarışa qatılıb və demək olar ki, hələ də istedadının qüvvədə olduğunu hamıya nümayiş etdirib.
Oxu.az
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1368 Tarix: 27 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olacaq. "Qafqazinfo" xəbər verir ki, "Bavariya" PSJ-ni qəbul edəcək. Münhendə keçiriləcək matçda qarşılaşmaya 23:00-da start veriləcək. Cütün qalibi finalda "Arsenal"la qarşılaşacaq. UEFA Çempionlar Liqası. Yarımfina
6 mayMessi futbolda ilk dəfə varisini AÇIQLADI
Lionel Messi ilk dəfə olaraq öz yolunu təkrarlaya biləcək futbolçu haqqında açıq danışıb. 38 yaşlı hücumçu müsahibəsində bildirib ki, o, 17 yaşlı Lamin Yamalda sadəcə istedadlı gənci deyil, özünün tam surətini görür. Bu açıqlama Argentina prezidentinin Messini yenidən futbol tarixinin ən böyük oyunçus
10 may"Sevinən tərəf olmaq istəyirik"
"Üçüncü dəfədir ki, kubokun finalına çıxırıq. Əvvəlki iki matçda məğlub olmuşuq. Birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzmuşuq". xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində bildirib. O qey
8 mayArda Güler və Kenan Yıldız eyni komandada ola bilər
Real Madrid gənc istedadlara yönəlmiş transfer strategiyasını davam etdirir. İspaniya nəhənginin Juventusda çıxış edən Kenan Yıldızı heyətinə qatmaq istədiyi iddia olunur. türk mediasına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu bu mövsüm göstərdiyi performansla diqqət çəkib. O, 46 rəsmi matçda 1
13 may"Qarabağ" ilk transferini etdi - Klubu təsdiqlədi
Kiprin "Omoniya" klubunun futbolçusu Jali Muaddibin "Qarabağ"a keçidi təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun baş meneceri Giorqos İrakleus açıqlama verib. İrakleus 25 yaşlı fransalı vingerin Azərbaycan təmsilçisi ilə müqavilə razılaşdığını deyib: "Qarabağ"l
12 mayPoqbadan dopinq qalmaqalından sonra karyerası ilə bağlı açıqlama
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba Fransa çempionatının 32-ci turunun "Mets" ilə oyunundan əvvəl futbol oynamağa davam istəyinin səbəbini açıqlayıb. -ın nəşrinə istinadən xəbərinə görə, bu barədə Poqba "L1+" kanalının proqramında danışıb. "Mən sosial şəbəkələrd
3 mayElvin Cəfərquliyev ilk oyununa çıxdı, qol vurdu - Yenilənib
"Qarabağ"ın əsas heyətindən qovulan Elvin Cəfərquliyev əvəzedici heyətlə ilk oyununa çıxıb. "Qafqazinfo" xəbər verir ki, o, bu gün "Zirə"nin əvəzedici komandasına qarşı keçirilən matçda start heyətdə yer alıb. E.Cəfərquliyev bir neçə müddətdir ikinci komandada məşq ets
1 may