Nəşi Almaniyada yandırıldığı bildirilən həmyerlimizin anası DANIŞDI - YENİLƏNİB + FOTO/VİDEO

Nəşi Almaniyada yandırıldığı bildirilən həmyerlimizin anası DANIŞDI - YENİLƏNİB + FOTO/VİDEOAlmaniyada ölən azərbaycanlının meyiti yaxınları tapılmadığına görə yandırılıb. İndi isə ailə üzvləri mərhumun külünü tələb edirlər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Cəbrayıl sakini olan 47 yaşlı İlham Allahverdizadədən gedir.

Onun anası Adilə Allahverdiyeva bildirib ki, İlham 2014-cü ildə Almaniyaya köçüb. Onun sözlərinə görə, övladının həm böyrəklərində, həm də ürəyində problem olub. Yanvarın 11-də insult keçirib və dünyasını dəyişib. Tək yaşadığına görə ölümündən çox gec xəbər tutulub.

Məsələ ilə bağlı Almaniyada yaşayan azərbaycanlı jurnalist Yeganə Əmiraslanova da bildirib ki, Almaniya qanunlarına görə, 10 gün ərzində meyitin sahibi, yaxınları tapılmırsa, onu yandırırlar. İstər meyitin, istərsə də külün ölkəyə gətirilməsi üçün tələb edilən sənədlərin tapılması da uzun və çətin prosesə çevrilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov da cənazənin ölkəyə gətirilməsi qaydalarını açıqlayıb.

Bütün sənədlər toplandıqdan sonra isə gətirilmə üçün tələb olunan məbləğin 3000 manat həcmində olan hissəsini dövlət ödəyir. Qalan hissə isə mərhumun yaxınları və həmin ölkədə yaşayan azərbaycanlıların yardımı ilə ödənilir. Cənazənin gətirilməsinə görə tələb edilən məbləğ ölkəyə görə dəyişir. ABŞ-nin müxtəlif ştatlarından gətirilən cənazəyə görə 10-12 min dollar, Almaniya və digər Avropa ölkələrindən isə 5-7 min avroya yaxın xərc çıxır.

Ətraflı süjetdə:

17:38

Almaniyada vəfat edən həmyerlimizin meyiti yandırılıb.

Bu barədə məlumatı AzVision.az-a həmin ölkədə yaşayan azərbaycanlı jurnalist Yeganə Əmiraslanova verib.

O bildirib ki, kremasiya olunan şəxs İlham İsmayıl oğlu Allahverdizadədir. 1977-ci ildə doğulan İ.Allahverdizadə Cəbrayıl sakindir və 2014-cü ildən Almaniyada yaşayırdı.

Jurnalistin dediyinə görə, İlhamın Almaniyada müvəqqəti yaşama icazəsi olmayıb.

İlhamın bacısı Məryəm Allahverdiyeva deyib ki, sonuncu dəfə qardaşı ilə yanvarın 9-da danışıb:

"Həm böyrəklərində, həm də ürəyində problem var idi. Məlumata görə, yanvarın 11-i infarkt keçirib və dünyasını dəyişib. Tək yaşadığına görə ölümündən çox gec xəbər tutulub.

Əmim və ailəsi Almaniyanın digər şəhərində yaşayırlar. Qardaşımın vəfat xəbərini onlar bizə çatdırdılar. Təəssüf ki, əmimgil də onun ölümündən meyiti yandırılandan sonra xəbər tutublar".

Yeganə Əmiraslanovanın sözlərinə görə, İlhamın meyiti evdən şəhər bələdiyyəsi xəbər tutandan sonra çıxarılıb:

"Almaniyada belə bir qayda var, əgər 10 gün ərzində meyitin sahibi, yaxınları tapılmırsa, onu yandırırlar. Qohumlar bixəbər olduğundan meyit yiyəsiz qalıb və 10 günlük gözləmə müddəti bitdiyindən yandırılıb. İndi ailəsi onun külünün Azərbaycana göndərilməsini istəyir. Bu isə müəyyən vaxt və prosedurlar tələb edir. Sənədlər toplanılmalıdır.

Meyitin külünün göndərilməsi üçün bu işlə məşğul olan şirkətlə əlaqə saxladım, onlar 2 min avro tələb etdilər. Ailənin isə buna imkanı yoxdur".

M.Allahverdiyeva deyir ki, bu işlə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər.

"Komitə bizdən qardaşımın sənədlərini istəyir, toplayırıq. Görək necə olacaq. Bu hadisə bizə çox pis təsir edib. Bir müsəlmanın meyitinin yandırılmasını qəbul edə bilmirik".

N.Əmiraslanova deyir ki, İlham evli olmayıb. Almaniyada qeyri-rəsmi nikahda rus qadını ilə yaşayırmış. Həmin qadın xərçəng xəstəsidir və xəstəxanada müalicə alır. Onlar bir il bundan öncə ayrılıblarmış.

Jurnalist əlavə edib ki, bundan əvvəl də azərbaycanlıların sahibsiz meyitləri olub, Diasporla İş üzrə Dövlət Komitəsi yol xərcini çəkərək onları Azərbaycana göndərib:

"Mən xərçəng xəstəliyinin 3-cü və 4-cü dərəcəsindən əziyyət çəkənlərin yaxınlarına müraciət edirəm. Ağır vəziyyətdə olan xəstələrinizi Almaniyaya göndərməyin. Çünki burada o xəstələri çox ağır son gözləyir. Almaniya səhiyyəsinin sehirli çubuğu yoxdur ki, toxunan kimi sağalsın. Xəstəxanaya müraciət edən kimi müalicəyə başlamırlar, insanlara növbə əsasında xidmət göstərirlər. Bu da çox zaman alır və xəstəlik ağırlaşır, nəticədə ölümlə üz-üzə qalırlar".

Nəşi Almaniyada yandırıldığı bildirilən həmyerlimizin anası DANIŞDI - YENİLƏNİB + FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1129   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr
.

Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR

Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl

29 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə

29 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr