Azərbaycanda icra başçıları səsvermə yolu ilə SEÇİLƏ BİLƏR? - AÇIQLAMA
Daha əvvəl bildirmişdik ki, Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub. Əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək. Böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq. Təbii ki, burada icra hakimiyyətlərinin taleyi sual altında qalır. Belə bir məsələ var ki, bələdiyyə rəhbərləri təyin edilməsi üçün seçkilər keçirilir və xalq tərəfindən seçilir. Bəs Azərbaycanda icra başçıları seçkilər yolu ilə seçilə bilər?
Məsələ ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində icra hakimiyyətləri təyinat yolu ilə seçilir. Onları birbaşa ölkə başçısı özü təyin edir:
"Amma bu reallıqlar çərçivəsində onların səsvermə yolu ilə seçilməsi inanmıram mümkün olsun. İcra başçısı institutu post-sovet məkanlarına xas bir sistemdir. Biz burada iki variantı keçid etməliyik. İlk olaraq meriya sisteminə nəzər salaq. Burada merlərin xalq tərəfindən seçilməsi mümkündür. Yaxud bələdiyyə sisteminə keçmək lazımdır. Bələdiyyə sistemində seçkilər olur. Burada böyük bələdiyyələrin və ümumiyyətlə kiçik bələdiyyələrin seçkiləri keçiriləcə bilər. Yəni bunun üçün ilk növbədə icra hakimiyyətlərini bələdiyyələr ilə əvəzləməliyik. Onların mövcud səlahiyyətləri artırılmalı və ən azından Türkiyədəki kimi hibrid modelə keçmək mümkündür".
Politoloqun sözlərinə görə, Azərbaycandakı hazırkı qanunvericiliklə icra başçılarının xalq tərəfindən seçilməsi inandırıcı deyil:
"Bu ənənə hələki tətbiq edilməyib. Hələlik əsas müzakirə predmeti olan məsələ bələdiyyələrin səlahiyyətinin artırılması və Türkiyədəki kimi 14 iqtisadi rayon üzrə inzibati bölgünü edə bilərik. Həmin inzibati bölgüyə gedib və onun tərkib hissəsi olaraq bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsi var. Bir daha qeyd edirəm ki, icra hakimiyyəti institutu ilə qeyd edilən məsələnin tətbiqi hələki mümkün deyil. Mer və bələdiyyə institutlarına keçid fonunda bunu etmək olar. Bu daha effektiv bir variantdır. Yerli əhali arasından sevilən, sayılan və hörmət görülən, xalqın etibar etdiyi şəxslərin seçilməsi mümkündür. Heç şübhəsiz ki seçilən şəxsin təsdiqlənməsi dövlət başçısı tərəfindən təsdiqlənə bilər".
Xatırladaq ki, hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə Azərbaycanda 500-ə yaxın bələdiyyə fəaliyyət göstərəcək.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Oktyabrda hava necə olacaq?
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir
Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA