Zəngəzur dəhlizi nə zaman açılır? - AÇIQLAMA
Məlum olduğu kimi danışıqlar prosesini uzatmaq üçün Ermənistan təxribatlarının ard-arası kəsilmir. Bir tərəfdən Ermənistan hakimiyyəti rəsmi Bakının tələblərini heç vaxt qəbul etməyəcəklərini deyir, digər tərəfdən sülh prosesindən danışır. Belə məqamda Zəngəzur dəhlizinin açılması prosesidə uzanır. Açıq şəkildə müxtəlif bəhanələrlə dəhlizin açılması Ermənistan tərəfindən yubadılır. Bəs bu gərgin prosesin fonunda Zəngəzur dəhlizi ilin sonuna kimi açıla bilər?
Mövzu ilə bağlı Səxavət Məmməd Sonxeber.az-a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi ilə bağlı indiki mərhələdə dəqiq tarix demək bir qədər mümkün deyil:
"Adi 2023-cü ilin ortalarından başlayaraq həm Ermənistan, həm də Azərbaycan mediasında belə bir informasiya dolaşmağa başladı. Sanki qıza zamanda sülh müqaviləsinin imzalanacağı ilə bağlı məlumatlar yayıldı. Amma biz bu müqavilənin bağlandığını görmədik. Təxminən 7 ay sonra yenidən sülh danışıqları ilə bağlı bir xəbər verildi ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək. Yəni dolayısıyla bu barədə dəqiq proqnoz vermək olmaz. Ona görə də, Zəngəzur məsələsi bir qədər sual altındadır. Niyə sual altındadır? Çünki burada maraqlı tərəflər var".
Ekspertin sözlərinə görə, Yəni söhbət təkcə Azərbaycandan, Ermənistandan getmir. Burada əsas maraqlı tərəflər Qərb və Rusiyadır:
"Onların Zəngəzur dəhlizi üzərindən bir qarşıdurması var. Faktiki olaraq bunu görürük və şahidi oluruq. Əslində hansı tərəf güclü, bu məsələdə daha qətiyyətli və ciddi mövqe ortaya qoyacaqsa o tərəf qazanacaq. Rusiya Ermənistana ciddi şəkildə təzyiqi artırsa, hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması uzun çəkməz. Amma görürük ki, Ermənistan tərəfi konkret olaraq nəinki Rusiyanın fikirləri ilə razılaşır, hətta KTMT-dən çıxmaq istəyir. Ermənistan tərəfi Rusiya və hərbi bazalarının, sərhədçilərinin öz ölkəsi ərazisindən çıxmasını istəyir. Bunu istəməyən tərəflərdən biri də Fransadır. Əgər Fransa istəmirsə və Rusiya təzyiqi artırmırsa, bu o deməkdir ki, dəhlizin açılma prosesi uzanacaq. Proseslər açığı tez-tez dəyişir. Amma indiki vəziyyətdə Zəngəzur dəhlizinin qısa zamanda açılacağını şəxsən gözləmirəm".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Oktyabrda hava necə olacaq?
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir
Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA