Hansı məhbuslar əfv üçün müraciət edə bilər? - CAVAB
Hər il əfv sərəncamları verilən ərəfələrdə əfv olunmaq üçün nə qədər məhbus müraciət edir. Bəs hansı məhbuslar əfv üçün müraciət edə bilər?
Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Sonxeber.az-a açıqlama verib.
Vəkil məsələyə aydınlıq gətirib:
"Qanunvericiliyə əsasən, əfv edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək bütün növ məhkumların hüququdur.
Məhkumlar cəza çəkməkdən aşağıdakı əsaslarla azad edilirlər:
1) cəza müddəti qurtardıqda;
2)hökmün ləğv edilməsi ilə əlaqədar işin icraatına xitam verildikdə;
3) cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə;
4) cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə;
5) amnistiya və ya əfvetmə aktına əsasən;
6) xəstəliyə və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslara görə.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 82-ci maddəsinə əsasən, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Cəzaların İcrası Məcəlləsinə əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən də məhkumların razılığı ilə onların əfv edilməsi haqqında vəsatət qaldırıla bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1964 Tarix: 28 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa
30 sentyabrAzərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR
Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl
29 sentyabrƏvəz Zeynallı dəfn olundu - Fotolar
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild
29 sentyabrDYP-dən at arabaları ilə bağlı - Xəbərdarlıq
"Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur"
29 sentyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabr