Aztəminatlı ailələrə verilən sosial yardım 350 manata çatdırılır? - AÇIQLAMA
Məlum olduöu kimi, aztəminatlı ailələrə dəstək mexanizmi olan ünvanlı sosial yardımın artım məsələsi aktual olaraq qalır. "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" yeni qanuna əsasən, qeyd olunan sosial əhəmiyyətli göstərici 270 manat təşkil edir. Bəs hazırda sözügedən ehtiyac meyarı 350 manata çatdırıla bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Sonxeber.az-a açıqlamasında deyib ki, nə vaxtsa ünvanlı sosial yardımın hesablanması zamanı mövcud ehtiyac meyarı 350 manata çatacaqdır:
"İstehlak səbətinə uyğun olaraq ildə bir dəfə büdcə prosesi çərçivəsində hesablanır, qiymət dəyişikliklərinə və inflyasiyaya uyğun olaraq bu rəqəm dəyişir. Büdcə paketi və qanun layihəsi çərçivəsində isə təsdiqlənir. Təbii ki, inflyasiya səviyyəsindən asılı olaraq növbəti 2-3 ildə bu səviyyəyə çata bilər. İstehlak səbətinə uyğun olaraq ildə bir dəfə büdcə prosesi çərçivəsində hesablanır, qiymət dəyişikliklərinə və inflyasiyaya uyğun olaraq bu rəqəm dəyişir. Büdcə paketi və qanun layihəsi çərçivəsində isə təsdiqlənir. Təbii ki, inflyasiya səviyyəsindən asılı olaraq növbəti 2-3 ildə bu səviyyəyə çata bilər".
Ekspertin sözlərinə görə, bizim qiymətlər onu göstərir ki, reallıqda faktiki olaraq istehlak səbətinin cari qiymətlər ilə dəyəri 400 manata yaxındır:
"Bu ilin artımından söhbət gedirsə, gözlənilən deyil. Təcrübəyə və qanunvericiliyə uyğun olaraq göstəriciyə ildə 1 dəfə baxılır. Büdcə prosesi çərçivəsində qiymətləndirilməsi aparılır. Dekabr ayında 2025-ci il üçün artıq yeni qiymətlər ilə hesablanmış ehtiyac meyarının səviyyəsi açıqlanacaqdır. Bu da təxminən 280-290 manat ətrafında bir göstərici olacaq".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Oktyabrda hava necə olacaq?
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir
Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA