Bakıda hərracdan maşın almaq istəyənlərin başına iş gəldi: "Pulu ödəsəm də, etibarnaməni ləğv etdi"

Bakıda hərracdan maşın almaq istəyənlərin başına iş gəldi: "Pulu ödəsəm də, etibarnaməni ləğv etdi"Bakıda bank tərəfindən hərraca çıxarılmış avtomobilləri almaq istəyən bir neçə nəfər dələduzluqla üzləşdiklərini bildirir.

"Qafqazinfo"ya müraciət edən 1988-ci il təvəllüdlü Bəhruz Şahbazov özlərini banklardan birinin əməkdaşı kimi təqdim etmiş şəxslərin ona və digər 3 nəfərə məxsus xeyli miqdarda pulu ələ keçirdiyini deyib.

Həmin şəxslərin bankın hərracda olan maşınlarını onlara satmaqla bağlı vəd verdiyini və avtomobillərin pulunu əvvəlcədən aldığını bildirən şikayətçi sonradan maşınların başqalarına satıldığını öyrənib. O, bəzi avtomobillərin özlərini bank əməkdaşı və vasitəçi kimi təqdim edən Nihat Teyyubov adlı şəxsin adına sənədləşdirilməsini iddia edib:

"Mən və digər zərərçəkmiş 3 nəfər: İlkin Əsgərov, Fikrət Məhərrəmov və Pənah Hüseynov başımıza gələnlərlə bağlı polisə şikayət etdik. Bildirdik ki, Nihat Nüsrət oğlu Teyyubov və Etibar Məmmədəli oğlu Aslanov aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakının ələ keçirilməsi niyyəti ilə qabaqcadan əlbir olublar. Nihat Teyyubov bank əməkdaşlarının köməyindən də istifadə etməklə məni aldadaraq bank tərəfindən hərraca çıxarılmış 10-PL-455 nömrə nişanlı "Hyundai Sonata" və 10-PT-092 nömrə nişanlı "Hyundai Accent" markalı nəqliyyat vasitələrinin alınması ilə bağlı ümumilikdə 32 300 manat məbləğində pulumu ələ keçirib. Pulu aldıqdan sonra "Hyundai Sonata" markalı nəqliyyat vasitəsini öz adına rəsmiləşdirib. Daha sonra isə mənim adıma sənədləşdirilməsi üçün 700 manat, sığorta və nömrə üçün 232 manat aldı. Bundan sonra isə ustalara da müəyyən xərc çəkildikdən sonra 10 dekabr 2023-cü il tarixdə etibarnaməni ləğv etdirərək nəqliyyat vasitəsini apardı".

Saytımıza müraciət edən İ.Əsgərov (66 300 manat ziyan), F.Məhərrəmov (14 000 manat) və P.Hüseynov da eyni məzmunlu əməllə üzləşdiklərini, külli miqdarda pul vermələrinə baxmayaraq, avtomobillərin aldatma yolu ilə onlara təqdim edilmədiyini deyiblər.

Şikayətçilərdən P.Hüseynov bildirib ki, özünü banklardan birinin filial müdiri kimi təqdim etmiş Nihat Teyyubov Bəhruz Şahbazova satılmış avtomobili ona da sataraq 13 150 manat alıb.

Şikayətçilər qarşılaşdıqları hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (Qabaqcadan əlbir olan şəxslər tərəfindən, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə, təkrar dələduzluq etmə) maddələri ilə cinayət işinin açıldığını bildiriblər:

"Etibar Aslanov məsuliyyətə cəlb edilsə də, bütün bu əməllərin əsas iştirakçısı və təşkilatçısı olan Nihat Teyyubov barəsində heç bir tədbir görülmür və onu cinayət məsuliyyətinə cəlb etmirlər. Həmçinin bizə vurulan zərərin miqdarı qanunla müəyyən edilmiş həddi keçdiyindən onlar barəsində daha ağır maddə - 178.3.2-ci, yəni külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət açılmalıdır".

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə sorğu ünvanladıq. Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev sorğuya cavab olaraq bildirib ki, vətəndaşların müraciəti əsasında açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir:

"Ötən il dekabr ayında bir qrup vətəndaş polisə müraciət edərək avtomobil almaq məqsədilə Etibar adlı şəxsə müxtəlif məbləğlərdə külli miqdarda pul ödədiklərini, lakin həmin şəxs tərəfindən aldadılaraq pullarının ələ keçirildiyini bildiriblər. Müraciətlər əsasında Səbail RPİ-nin İstintaq şöbəsində araşdırma aparılaraq əməldə dələduzluq cinayətinin tərkib əlamətləri olması müəyyən edildiyindən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən dələduzluq əməlini törətməkdə şübhəli bilinən Etibar Aslanov və Nihat Teyyubov saxlanılıblar. E.Aslanov barəsində həbs qətimkan, N.Teyyubov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 977   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr
.

Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR

Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl

29 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə

29 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr