"Ermənistan maksimum dərəcədə hərbçimizin saxlanılmasından faydalanmağa çalışacaq" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış tədbirləri başlayıb. Bəs hərbçimizin qaytarılması istiqamətində hansı addımlar atılacaq?
Məsələ ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev Sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycan tərəfindən, xüsusilə şərti sərhəddə Laçın istiqamətində hərbçimiz gecə vaxtı hava şəraitindən asılı olaraq yolunu azıb və Ermənistan tərəfinə keçib. Ermənistan tərəfi təsdiq etdi ki, Azərbaycan əsgərini nəzarətə götürüblər. Bundan əvvəldə bu kimi hadisələr, xüsusilə şərti sərhəd üzərindən Azərbaycan hərbçilərinin yolu azıb və Ermənistana keçib:
"Ermənistan tərəfi təsdiq etdi ki, Azərbaycan əsgərini nəzarətə götürüblər. Bundan əvvəldə bu kimi hadisələr, xüsusilə şərti sərhəd üzərindən Azərbaycan hərbçilərinin yolu azıb və Ermənistana keçib. Ermənistandan da Azərbaycana keçmə halları müşahidə olunub. Nəticədə istənilən halda hərbçilərin geri qaytarılması baş tutub. Nə qədər bu hallar baş veribsə bir nəfər də olsun Ermənistan tərəfində qalmayıb. İstənilən halda onlar hərbçilərimizə qarşı cinayət işi açsalarda, qanunsuz məhkəmələr keçirsələrdə Azərbaycan tərəfi hərbçimizi geri qaytarıb. Bu biraz vaxt aparacaq. Hərbçilərimiz onların nəzarətində olanda sorğulama həyata keçirirlər, işgəncələrə məruz qoyurlar ki, maksimum informasiya alsınlar. Yaxud gələcəkdə agent şəbəkəsinin razılığını əldə etsinlər. İstənilən hallarda bu məqamlar arzuolunmazdır".
Ekspert deyib ki, hər bir halda erməniləri tanıyırıq və hərbçilərimiz ilə necə vandal halda davranacaqlarını bilirik:
"Nəticəsində cəmiyyətimiz bilməlidir ki, ən ağır vəziyyətdə belə Azərbaycan əsgəri Ermənistanın nəzarəti olduğu halda geri qaytarılıb. Ramil Səfərovu hansı şərtlər daxilində Ali Baş Komandan onun ekstradisiyanı həyata keçirdi. Bu bir sərkərdənin hərbçisinə sahib çıxması nümunəsidir. Şəhid Mübariz İbrahimovun nəşini vəhşi ermənilər geri qaytarmırdı. Amma biz buna nail olduq. 3 ay bundan əvvəl Naxçıvan istiqamətində Ermənistanın nəzarətinə keçən iki hərbçimiz də qaytarıldı. Eyni şəkildə bu hərbçimiz də qaytarılacaq. Amma biraz zaman keçəcək. Hərbçimiz üzərindən ermənilər maksimum dərəcədə alver etməyə çalışacaq. Bizdə də Ermənistan tərəfindən müharibədə iştirak edib və nəzarətimizdə olan erməni hərbçilər var. Hər bir halda dəyişdirilmə baş verəcək. Düşünürəm ki, hərbçimizin saxlanılmasından Ermənistan faydalanmağa çalışacaq".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1390 Tarix: 28 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd
29 sentyabrSabah da yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
29 sentyabrBakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ
Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat
29 sentyabrAzərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR
Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl
29 sentyabrOmbudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30 sentyabrƏvəz Zeynallı dəfn olundu - Fotolar
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild
29 sentyabrNəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə
29 sentyabrMənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabr