"Sahil Babayevə məxsus şirkətin mənə 76 min manat borcu var" - Həbsdə olan MMC rəhbəri

"Sahil Babayevə məxsus şirkətin mənə 76 min manat borcu var" - Həbsdə olan MMC rəhbəriAli Məhkəmədə külli miqdarda mənimsəmədə ittiham olunan "Tua-TT" MMC-nin rəhbərinin kassasiya şikayətinə baxılacaq.

"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə məhkum olunan Tural Asif oğlu Alışanlının şikayətinə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

Tural Alışanlının hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev məhkəmə prosesinə münasibət bildirib:

"Kassasiya şikayətini həm biz, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verib. Onlar verilən cəzadan narazıdılar. Biz isə Tural Aslanlının heç bir günahının olmadığını, cinayət işinə isə xitam verilərək müvəkkilimin azadlığa buraxılmasını göstərmişik".

Xatırladaq ki, Tural Alışanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 5 il müddətinə azadlıqdan məhrum edilib. Tural Alışanlı apellyasiya şikayəti versə də, təmin olunmayıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "Tua-TT" MMC arasında 19 iyul 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə ƏƏSMN-dən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Alışanlı Tural Asif oğlu qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci tarixdə "TUA TT" MMC yaradıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilib.

Tural Alışanlı məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayevə məxsus olan şirkəti ittiham etmişdi: "Sahibi olduğum "TUA" TT MMC-yə 2016-cı il T.F-013/016 müqaviləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 892 min manat pul köçürülüb. Bu 892 min manatın 160 min manatı ƏDV ödənilib. Hər iki müstəntiqlər bilərəkdən, qərəzli, ədalətsiz olaraq bu 160 min manat ödənilən ƏDV-ni ittiham aktına 136 min manat yazıblar. 577 min manat tikinti işləri yerinə yetirilib. Bunu da bilərəkdən az yazıblar. Yenə də eybi yox, olsun.

Xüsusi olaraq qeyd etməliyəm ki, ən azı 650 min manat tikinti işləri yerinə yetirilib. 892 min manat köçürülmüş puldan 577 min manat götürülmüş işi və ödənilmiş ƏDV-ni çıxanda, qalır 143 min manat. 143 min manatdan ittiham aktlarının hər ikisində öz təsdiqini tapan adı çəkilən nazirliyin hər iki firmaya ("TUA" TT və "AĞRIDAĞ"TT) yığılıb qalmış 157 min manat pulun 81 min manatını,yəni nazir müavini Vüsal Nəsirlinin təsdiq etdiyi 81 min manatı borclarını çıxanda, qalır 62 min manat. 62 min manatdan hər iki ittiham aktında, əslində, ən azı 35 min manatlıq, amma 23 min manatlıq təsdiq olunmuş tikinti materiallarını çıxanda, qalır 37 min manat. 37 min manatdan zəmanət məktublarına ödənilən 10 min manatdan çox pulu da çıxanda, qalır 27 min manat. Danılmaz faktdır ki, adı çəkilən nazirliyin - şəxsən nazir Sahil Babyevin və müavini Vüsal Nəsirlinin sahibi olduğum "AĞRIDAĞ" TT MMC-yə şəxsən mənə təsdiq etmədikləri 76 min manat yığılıb qalmış borcları var.

Bu 76 min manatdan da 27 min manatı çıxanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəxsən nazir Sahil Babayevin və müavini Vüsal Nəsirlinin sahibi olduğum "AĞRIDAĞ" TT MMC-yə şəxsən mənə 49 min manat borcları qalır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1250   Tarix: 05 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr