Məktəb şagirdi QORUMALIDIR! Qız uşaqlarını nişanlamaq cəmiyyətə edilmiş HƏQARƏTDİR - AÇIQLAMA

Məktəb şagirdi QORUMALIDIR! Qız uşaqlarını nişanlamaq cəmiyyətə edilmiş HƏQARƏTDİR - AÇIQLAMAXəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. Eyni zamanda, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adlarının qeyd olunduğu və qiymətlərinin yazıldığı iddia edilib. Bu baxımdan məktəbdə bu tip qanunsuzluqların qarşısını almaq üşün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri bildirib ki, bu məsələ Azərbaycan təhsili və cəmiyyəti adına çox problematik və xüsusi nəzarət tələb edən mövzulardan biridir. Zaman-zaman bununla bağlı rəsmi dövlət nümayəndələri, elm və təhsil naziri Emil Əmrullayev münasibətini bildirmişdir. Hətta bununla bağlı ciddi problem olduğunu deyib:
Məktəb şagirdi QORUMALIDIR! Qız uşaqlarını nişanlamaq cəmiyyətə edilmiş HƏQARƏTDİR - AÇIQLAMA"Bildirmişdi ki, hazırda orta məktəblərdə qız uşaqlarının məktəbdən yayınma halları azalıb. Amma bu yenə də problem olaraq qalmaqdadır. Bunun tam həll olunduğunu demədi. Amma bir məsələyə diqqət çəkək. Qız uşaqlarının məktəbdən yayınma hallarının böyük səbəbi erkən yaşda nikaha girməsi, ailə qurmaqla ilə bağlı ilk addımlarının atılmasıdır. Əksər hallarda bu səbəbdən erkən yaşda məktəbdən yayınırlar. İcbari təhsil əvvəl bizdə 4-cü sinfə qədər idi. Bəzi yerlərdə qız uşaqları 4-cü sinfə qədər oxuyur və valideynləri tərəfindən məktəbə göndərilmirdi. Nə yaxşı ki, bununla bağlı qərar verildi. Artıq məcburi təhsil 9-cu sinfə qədərdir. İndi də bəzi ərazilərdə 9-cu sinfi bitirən kimi qızların təhsil almasına ehtiyac görmürlər. Biz bunu hamıya aid edə bilmərik. Amma fakt olaraq qalır. Bu problemlər hələ də özünü göstərir".

Ekspertin sözlərinə görə, bu gün bizim məktəblərdə, xüsusilə regionlarda qız uşaqlarının məktəbdən yayındırılması və erkən nikaha yönləndirilməsi halları qalmaqdadır:

"Dövlətin qanunvericiliyinin rəsmi nikah yaşı var. Bəziləri bundan kənara çıxmağı hüquqi cəhətdən yol verməsələr də, nişanlanmaq yaxud sözlü etməklə artıq öz məqsədlərini həyata keçirmiş olurlar. Bununla bağlı atılacaq ilk addım cəmiyyətin nəzarəti və maarifləndirilməsidir. Gənc müəllimlər var ki, ucqar yerdə bununla bağlı valideynlər ilə mübarizə aparır. Elə müəllim var ki, bu uğurda öz sağlamlığını riskə atıb. Bu gün bizim təhsil sistemimiz cəmiyyət ilə birləşməlidir. Məktəb uşağa dərs keçməklə bərabər qorumalıdır. Müəllimlərin işə müdaxiləsi maarifləndirici ola bilər. Bu gün deyək ki, qaib sistemi yerinə avtomatik giriş-çıxışların qeydə alınması keçirildi. Sabah bu hallar azalmayacaq. Burada dərin işlər görülməlidir. Daha sərt addımlar atılmalıdır. Bu günləri qız uşaqlarını məktəbdən uzaqlaşdırmaq, onları həyatı tam dərk etməmiş erkən nikaha bağlamaq, nişanlanmaq təkcə qız uşaqlarına deyil, cəmiyyətə edilmiş bir həqarətdir".

Qeyd edək ki, məktəbin şagirdinin erkən nikaha cəlb olunması barədə yayılan xəbərlə bağlı idarəyə sorğu daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 671   Tarix: 05 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu kreditlərlə bağlı yeni qaydalar müəyyənləşdirilir: Hansı yeniliklər olacaq? - AÇIQLAMA

Son dövrlər onlayn kreditlərdən istifadə genişləndikcə vətəndaşların şəxsi məlumatlarından icazəsiz istifadə olunması və onların adından kredit rəsmiləşdirilməsi riski də diqqət çəkir. Bu baxımdan, kreditlərin onlayn qaydada rəsmiləşdirilməsi zamanı əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqi borcalanları

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr