Qohumları Əhməddən üz döndərdi: Onunla yalnız bir nəfər maraqlanır - Şok detallar

Qohumları Əhməddən üz döndərdi: Onunla yalnız bir nəfər maraqlanır - Şok detallarBakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun işində istintaqın hansı istiqamətdə gedəcəyi hələ ki açıq qalır. Xəbər verildiyi kimi, fevralın 22-də məhkəmə onun barəsində tibbi-psixi ekspertizanın keçirilməsi barədə qərar qəbul edib və o, Respublika Psixiatriya Xəstəxanasına köçürülüb, müşahidə altındadır.

Müşahidə əsasında onun anlaqlı olub-olmadığı ilə bağlı 20 gün ərzində rəy hazırlanacağı bildirilmişdi. Martın 13-də müddət bitir. Qərar olacaqmı, yoxsa müşahidə bir müddət də davam edəcək? Nə qədər?

Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov deyib ki, müvəkkili barəsində ekspertizanın rəyini gözləyirlər. O, rəyin konkret neçə günə veriləcəyini söyləməyib.

Qeyd edək ki, istintaqı Xətai Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə aparır. Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur.

Xatırladaq ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. "Ailə üzvlərini niyə öldürmüsən" sualına cavabda isə Əhməd Əhmədov "Ailəmi öldürdüm, çünki belə lazım idi" söyləyib.

Hazırda Psixiatriya Xəstəxanasında olan Əhməd Əhmədovun psixi durumu haqqında ziddiyyətli məlumatlar var. Onun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək. Əhməd Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyirlər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb. Belə ki, o, affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.

Ekspertiza onun cinayət törətdiyi zaman anlaqlı olmadığı haqda rəy verərsə, sonrası necə olacaq?

"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat"a deyib ki, ekspertiza Əhməd Əhmədovun anlaqlı olmadığını müəyyən edərsə, hadisəni affekt vəziyyətində törətdiyini təsdiqləyərsə, bu halda onun barəsində məcburi müalicə qərarı veriləcək: "Əhməd Əhmədovun hadisədən sonra istintaqa verdiyi və ictimailəşən ifadəsi doğrudursa, belə nəticə hasil olur ki, o, törətdiyi əməldən peşman deyil. Bu məqamı onun psixi durumunun o qədər də uyğun olmadığı kimi qiymətləndirmək olar. Belə qanlı cinayəti törətmiş şəxs məntiqlə əməlini təkzib etməli və ya əməlinə haqq qazandırmaq üçün bir bəhanə uydurub deməlidir. Əhməd Əhmədov isə sakitcə cinayətini etiraf edir.

Onun psixi durumunun ən azı hadisəni törədərkən normal olmasını deməyə əsas verən məqam var və mətbuatda da bu haqda kifayət qədər yazılıb. Əhməd Əhmədov ayrı-ayrı ünvanlarda yaşayan 5 nəfəri bir neçə saat içində öldürüb. Cinayət törətmək üçün mağazadan kəsici-deşici alətlər alıb. Yəni cinayəti planlı şəkildə törədib. Bu, onu deməyə əsas verir ki, Əhməd Əhmədovun psixi sağlamlığında problemlər olsa da, psixi sağlığı tam olaraq sual altında deyil. Hər halda, Əhməd Əhmədovuun psixi sağlamlığı ilə bağlı birmənalı olaraq fikir söyləmək çətindir. İndiki halda məhkəmə ekspertizasının rəyini gözləmək lazımdır"...

Hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək. İstintaq zamanı Əhməd Əhmədov qətllərlə bağlı detalları danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. "Balta ilə, bıçaqla vurmuşam" deyərək, əlavə təfərrüat da verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin altındakı mağazadan satın alıb. Hazırda istintaq davam edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2358   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA

Bir müddət əvvəl sosial şəbəkələrdə hicablı azyaşlı qızın makiyajdan istifadə edərək məktəbə getməsini əks etdirən görüntülərin yayılması geniş müzakirələrə səbəb olmuşdu. Hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilmiş, məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzr

29 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

DYP-dən at arabaları ilə bağlı - Xəbərdarlıq

"Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur"​

29 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü

Bərdə rayonunda restoranda dava olub. -a istinqadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Qızıl balıq" restoranında baş verib. Restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunla maraqlanıb

29 sentyabr
.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR

Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl

29 sentyabr