Oruc tutanların NƏZƏRİNƏ: Aclıq hissini dəf edən qidalar - SİYAHI
Ramazan ayında oruc tutanlar yeyib-içdiklərinə mütləq diqqət etməlidirlər.
Oxu.Az sizə iftar və imsakda nə yeməli olduğunuzu təqdim edir:
Süd: Bir stəkan iftardan bir neçə saat sonra, bir stəkan isə imsakda içilməlidir. Süd əsas kalsium və D vitamini qaynağı olduğu üçün aclıq hissini dəf edir.
Yumurta: Mütəxəssislər yumurtanın ən keyfiyyətli protein mənbəyi olduğunu deyir. Doyumluq hissi verdiyi üçün süfrədə olması məsləhətdir.
Darçın: Yeməksonrası bir çimdik darçın insulinin səviyyəsini salır, aclıq hissini öldürür. Ramazanda qan şəkərinin tənzimləmək istəyənlər günə bir çay qaşığı darçın yeməlidirlər. Darçını südə qarışdırıb içmək də olar.
Kefir: Həzmi asanlaşdıran içkidir. Yoqurtdan daha faydalı olaraq bağırsaqda həzmə kömək edən bakteriyaların sayını artırır, pis xassəli bakteriyaları isə öldürür.
Yaşıl çay: Bədəndə olan yağların azalmasına kömək edir. Ürəyə xeyirlidir. Hər hansı sağlamlıq probleminiz yoxdursa, Ramazanda iki-üç fincan yaşıl çay ürəyinizi və bədənizi gümrah hiss etdirəcək.
Quru lobya: Orqanizmin arıqlamasını və kökəlməsini tənzimləyir. Ramazanda əsas yeməyin yanında bir qaşıq olması da kifayət edər.
Meyvə: İftarda bolluca meyvə yeyin. Meyvə sizi gün ərzində rahatladacaq, qan şəkərində enib-qalxmaları tənzimləyəcək. Həm də meyvə yeməklə susuzluğu yatıra biləcəksiniz.
Qoz-fındıq: Mədədən gec keçdiyi üçün toxluq hissi verir.
Ramazanda ağ çörəkdən imtina etsəniz daha məsləhətli olar. Əvəzində kəpəkli çörək istifadə edin. Bundan başqa süfrənizdən xurma və pendiri əskik etməyin. İstiotlu və çox yağlı yeməklərdən imtina edin. Qazlı suların əvəzinə kompot və ya adi su içsəniz, mədəniz daha rahat olar. İftar açılandan sonra qısa zamanda çoxlu yeməkdən imtina edin.
İftar açarkən ilk olaraq bir-iki qurtum su içməli və xurma yeməlisiniz. Daha sonra xiyar, pomidor, pendir, zeytun qəbul edin. 15 dəqiqə fasilədən sonra şorba için. Yarım saat ara verdikdən sonra isti yemək yeyin. Beləcə, mədənizin həzmi qaydasında olacaq. Çalışın orucluq ərəfəsində ağır yeməklərdən uzaq olasınız. Daha çox tərəvəzli yeməklər hazırlayın.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1022 Tarix: 12 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabrNazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29 sentyabrAzərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar
30 sentyabrBakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...
Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib
29 sentyabrHansı rayonların icra başçısı yoxdur?
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ rayonu, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan şəhəri, Hacıbaba Adil oğlu Babayev isə Gədəbə
29 sentyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrBu ərazilərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala
29 sentyabr